Statements

AXC-nin Tiflisdə elan olunduğu bina və dəyərlərimiz

Gürcülər paytaxt Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu binanı bərpa edəcəklər. AXC-yə görə yox, sadəcə “Gənclər sarayı” kimi fəaliyyət göstərən binanı yenidən quracaqlar, təmir edəcəklər.

Azərbaycan xalq cümhuriyyətinin Tiflisdə elan olunduğu tarixi bina

Sarayı”ın bərpa olunması işlərinə, 600 min lari (227 min dollar) məbləğində vəsait xərclənəcək.

Bu bizim şanlı tariximizdir. Milyonları, milyardları oğurlayanlar, gedib xaricdə zavod, fabrik açanlar, bir şüşə şampana, şəraba yüz minlərlə avro xərcləyənlər niyə vətəni, tarixi və xalqı düşünmür? Məgər bir şadlıq evinin tikilməsinə, bəzədilməsinə on milyonlarla dollar xərcləyənlər vətən təəssübkeşi ola bilməz. Axı elə bu ölkəni, vətəni də sümürüb yeyirsiniz, bahalı süfrələr adı altında xalqın cibini də soyursunuz. Bəs sizin vicdanınız, vətən, dövlət təəssübkeşliyiniz yoxdur?

Bu binanı pul ilə alıb, elə Azərbaycan Mədəniyyət Mərkəzi etmək olardı, yaxud alıb Azərbaycan səfirliyinə bağışlamaq olardı.

Nə isə, vətəni, xalqı və torpağı düşünməyənlərə bu torpaqda yaşamaq da haramdır.

Qeyd edim ki, 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub.

Related Articles

Back to top button