Statements

Almazbek Atambayev, həbsxana və post-sovet məkanı üçün pis nümunə

Qırğızıstanda könüllü olaraq hakimiyyəti təhvil vermiş keçmiş prezident Almazbek Atambayevə qarşı hakimiyyətin atdığı addım qəbuledilməzdir. Bu həm də bütün post-sovet məkanı üçün çox pis nümunədir. Belə çıxır ki, könüllü get, zorla get, səni yenə məhşər ayağına çəkəcəklər. Belə çıxır ki, sabiq Ukrayna prezidenti Pyotr Poroşenko da yanlış addım atıb hakimiyyətdən gedib. Gərək nəyin bahasına olursa olsun, hakimiyyəti əlindən verməyəydi. O zaman da söyüləcəkdi ki, diktatordu, başkəsəndi, qanunları ayaq altına atıb əzəndi. Əgər bir Prezident hakimiyyətdən gedəndən sonra təhlükəsizliyi təhdid altında olacaqsa heç kim hakimiyyətdən getmək istəməz.

Almazbek Atambayev

Demokratiya ağır məsələdir və onu bir günə, bir ilə, on ilə qurmaq olmur. Gürcüstan pis-yaxşı demokratiya qura bilib, amma onu quranı didərgin salıblar. Nə qədər azad cəmiyyət yarada bilsələr də, demokratiyanı, dözümlülüyü və dövlətçiliyi təm bərqərar edə bilməyiblər.

Bu Azərbaycana da aiddir. Həm də ciddi şəkildə. Əgər qisasçılıq, qana-qan, dişə-diş düşüncəsi ilə siyasət aparacığıqsa hakimiyyət daha da sərtləşəcək və iqtidarının ömrünü uzatmaq üçün hər cür addımlar atmağa məcbur olacaq. Qırğızıstanda, Ukraynada, Gürcüstanda, bədnam və işğalçı Ermənistanda baş verən siyasi proseslər digər ölkələr üçün doğru nümunələr yaratmır. Çox ağır dövləti cinayətlər törədən prezidentlər məsuliyyətə cəlb edilə bilər. Qısasçılıq və neytrallaşdırmaq məqsədi ilə edilən hücumlar yolverilməz və ziyanlıdır.

Qığrızıstanda baş verən hadisələr, sabiq prezident Atambayevin toxunulmazlıq statusunun ləğv edilməsi ölkəni çox geri atacaq və pis-yaxşı yaratdıqları azad cəmiyyəti və demokratiyanı süpürüb atmaq gücündədir. Sabiq prezident Roza Otunbayevadan başqa bütün keçmiş prezidentlər təqib olunur və vətəndən didərgin salınıblar. Bu yolverilməzdir.

Related Articles

Back to top button