Statements

Şəhidlər, qazilər “baş tacımızdır” deməklə baş tacı olmurlar

Bu şəhid Əzizli Sabirin atası Hikmət kişidir. İmişlidə üç nəfər itkin düşənlərdən birinin atasıdır. İmişlinin sonuncu şəhid atasıdır. Oğlundan sonra xəstəliyi ağırlaşıb, güclə yeriyir və ayaq üstündə durur. Bu kişinin  ağır xəstəliyi hər kəsə bəlli idi. Oğlunun dəfnində elə ayaq üstə zorla dayanmışdı.

Mən düşünürəm ki, belə olmamalıdır. Onu qarşılamağa,  xəstəxanaya yerləşdirməyə, özümün və köməkçimin 5-6 saat onlarla vaxt keçirməsinə etirazım yoxdur, mənə xoşdur. Amma, bu işlə məşğul olmalı dövlət qurumları var. Əziyyət çəksinlər, məşğul olsunlar.

Adı, soyadı, ünvanı verdim. Gedin məşğul olun. Edə bilmirsiniz, kresloları boşaldın. Şəhidlər, qazilər “baş tacımızdır” deməklə baş tacı olmurlar.

Bir dəfə susaram, iki dəfə susaram, üçüncü dəfə birbaşa Prezidentə müraciət göndərərəm. Çoxları kağız-kuğuz işi ilə məşğuldur, sənədləşmə edir günlərlə, aylarla, qaldırıb özünü qoyur dağ başına. Gedin konkret işlərlə məşğul olun.

Özəl klinika olan “Həyat” klinikasının rəhbərliyi, baş həkim Aslan müəllim, həkim-nevropotoloq Jalə xanım və bütün əməkdaşlar sağ olsunlar.

Related Articles

Back to top button