AnalysisStatements

Azərbaycan işğala məruz qalmış ölkə kimi öz arqumentlərini məhdudlaşdırdı

bayraq30 yanvar 2015. Rusiya Avropa Şurasından çıxarılmaq çağırışı ilə üz-üzədir. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətini bütün hüquqlardan məhrum etdi və ruslar da bu qurumu tərk etdilər. Çünki, AŞPA-da qalmağın bir anlamı da qalmamışdı.

Təbii ki, Rusiya Avropa Şurası Nazirlər Komitəsi səviyyəsində fəaliyyətini davam etdirəcək. Amma, çox soyuq. Hətta, Rusiya – Putin nüfuzunu qorumaq üçün birtərəfli qaydada Avropa Şurasını tərk etmək barədə qərar da verə bilər.

Əslində, Rusiyanın Avropa Şurasından çıxarılması və çıxması indiki məqamda tərəflərə nə qazandırar şübhəli məsələdir. Açığı bunun əleyhinəyəm. Çünki, danışqılar pəncərəsi bağlanır. Buna o zaman isti yanaşmaq olar ki, Avropa Birliyi Rusiyaya qarşı mövqeyini tam sərtləşdirir və heç bir güzəşt yeri qoymur. Yəni, ən azından özü üçün bir yol seçir: Rusiya Ukrayanadan çıxmayınca və Krımı qaytarmayınca heç bir əməkdaşlıqdan söhbət gedə bilməz və zaman-zaman sanksiyalar daha da ağırlaşdırılacaq.

Bu o anlama gəlməlidir ki, Avropa Birliyi və ABŞ Rusiyaya hərbi müharibə yox, iqtisadi və siyasi müharibə elan etməlidir. Əgər onlar “biz Rusiyaya qarşı iqtisadi və siyasi müharibə elan edirik” terminini istifadə etsələr, məncə bir çox şübhələr aradan qalxar və fünya düzəni silkələnib qütblərdəki yerini tutar. Amma, “gizlənparç” oynamaqla iş olmaz.

Maraqlı digər məqam: Azərbaycan AŞPA-da Rusiyanı müdafiə edib. Rusiya hazırda demokratiya və insan hüquqlarının qorunması baxımından geridə qalan dövlətdir və Azərbaycan sözdə Qərbə inteqrasiya yolunu tutsa da, bu yolu Rusiya kimi öz qayda-qanunlarıyla getmək istəyir. Azərbaycan Rusiyanın avtoritar rejimini müdafiə etməklə, əslində, öz avtoritar rejimini də müdafiə etmiş oldu.

Digər tərəfdən işğala məruz qalmış ölkə kimi öz arqumentlərini məhdudlaşdırdı. Çünki, Krım da Qarabağ kimi işğal altındadır. 21 illik nəticəsizlikdən sonra, belə bir “nəticə” göstərmək, Dağlıq-Qarabağ münaqişəsində Azərbaycan xalqının tutduğu mövqeyə zidd idi. Hansı ki, Azərbaycan nümayəndə heyəti Krımı daha yaxşı başa düşməli, işğalın necə yanlış bir siyasət olduğunu əməli ilə göstərməliydi.

Related Articles

Back to top button