QHT-lərin qeydiyyat problemi müzakirə olundu

Posted by on 12 January, 2011
This post was filed in Foto Reportaj and has no comments yet
0

Qeydiyyatından Imtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin yerli QHT-lər və beynəlxalq təşkilatlarla birlikdə ekspert toplantısı keçirilib. Tədbirdə “Region” Beynəlxalq Analitik Mərkəzi (RBAM) Təşəbbüs Qrupunun üzvü,  Qeydiyyatından Imtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin rəhbəri Razi Nurullayev Ədliyyə Nazirliyinin göndərdiyi imtina sənədləri əsasında apardığı arşadırmanın təqdimatını da etmişdir.

Toplantıda çıxış edən bir sıra QHT rəhəbərləri qeydiyyatla bağlı yaranan bürokratik və qeyri-qanuni pozuntulardan danışıblar. “Demokratiyanı Öyrənmə” təşkilatının sədri Mirəli Hüseynov Avropa Komissiyasının dəstəyi ilə başlayacaqları layihədən bəhs edib.
Qeydiyyat üzrə texnoloq Elçin Abdullayev isə qeydiyyatla bağlı nüanslara toxunub. QHT-lərin qeydiyyatı üzrə texnoloq Elçin Abdullayev qeyd edib ki, “Ədliyyə Nazirliyi bir sıra mövzular var ki, orada süni bəhalər gətirir. İnsan haqları, demokratiya, cəmiyyət kimi mövzular olanda qeydiyyat çətinləşir. Belə hallarda nazirlik ənənəvi bəhanələr çıxarır. Gah deyilir ad, gah məqsəd və s. Bəzən də tez-tez nizamnamələrdə nöqsanlar tapılır və onun dəyişdirilməsi tələbi qoyulur”.

Toplantıda çıxış edən hüquq müdafiəçisi, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli qeyd etdi ki, istənilən halda məhkəmələrə müraciəti kütləviləşəcək. “Bütün mərhələləri tez keçirib, AM-yə müraciət etmək lazımdır. 1 il əvvəl biz 33 təşkilatla bu prosesə başlamışdıq. Bu qədər təşkilatdan hazırda cəmi 2 QHT qeydiyyata alınıb. Hesab edirəm ki, xarici təcrübədən yararlanmaq lazımdır. Bu, ölkədə QHT sektorunun inkişafında böyük rol oynaya bilər”.

“İnsan Hüquqları – 2003” təşkilatının rəhbəri Şaban Nəsirov 2006-cı ildən qeydiyyatla bağlı qarşılaşdıqları praktikadan bəhs edib. “Elektron Seçki” Təşkilatının sədri Mübariz Tağıyev də problemlərdən danışaraq, təşkilatının da şəbəkəyə qoşulmasını bəyan edib.

Tədbirdə “Hüquq Təşəbbüsləri” Mərkəzinin sədri Ziya Quliyev, tanınmış professor Nurəddin Məmmədli, hüquqşünas, “Avroqanun” İB-nin sədri Əsgər Qasımlı, “Gələcəyə İnam” İB-nin sədri Xanlar İsmayılov da fikri və təkliflərini bölüşmüşlər.

Tədbirdə Avropa Komissiyasının Cənubi Qafqaz üzrə xüsusi elçisi Piter Semnebinin Azərbaycandakı nümayəndəsi xanım Ieva Kupce, ABŞ-ın Azərbaycanda səfirliyinin siyasi məsələlər üzrə müşaviri xanım Brigette Buchet, Norveç səfirliyinin əməkdaşları və bir çox diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edib. Beynəlxalq təşkilatlar da bu məsələdə maraqlı olduqlarını bildiriblər. Avropa Komissiyası isə bu məsələləri hökumətlə danışıqlarında qabartıqalarını da vurğulayıb. Çıxış edən QHT-lər də qeydiyyatın yüngülləşməsi ilə bağlı təkliflərini irəli sürüblər.

Tədbirdə QHT-lərə yüzlərlə imtina məktubunun gəldiyi, məhkəmələrin QHT-lərin sənədlərini qəbul etmədiyi də qeyd olunmuşdur. O da qeyd edilmişdir ki, Avropa Məhkəməsinə göndərilən əksər şikayətlər müsbət həllini tapmışdır və buna görə də məhkəmlər yeni şikayətlərin getməsini əngəlləyir.

Sonda Razi Nurullayev jurnalistlərin suallarını cavablandırmışdır.

PHOTO GALLERY

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment