Corner articlesStatements

Ünvansız söyüş və polisə müqavimət parkı

ushaq_soyush_4297730 dekabr 2014.

Yeni İl öncəsi bir təklifim var. Hamı bilir ki, mən çox ciddi adamam. Ona görə də zarafata salmayın.

Şəhərdən kənar bir yerdə Hacıbala müəllim tərəfindən 10 hektarlıq bir sahə ayrılsın. İnfrastruktur təmin edilsin. Adı olsun “Ünvansız söyüş və polisə müqavimət parkı”. Parkda polis manekenlər də quraşdırılsın. Hər gün müxalifət düşüncəli insanları avtobuslarla endirimli qiymətlərlə ora aparsınlar.

Onlar da söyüş söyüb, polisə müqavimət göstərsinlər. Xarici qonaqları və turistləri də ora yönəltmək olar ki, müxalifəti tanısınlar.

Bu təklifi, dostlar daha da zənginləşdirə bilərsiniz.

Related Articles

Back to top button