Corner articles

İndi təhlükə müstəvisi İŞİD və Rusiyadır

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri

1 yanvar 2015.

2015-ci ilk günü qədəm qoyduğumuz il üçün düşüncələrimi bölüşmək istəyirəm. İlin asan olacağını söyləmək çətin. Azərbaycanın siyasi hakimiyyətinin ən çox tənqid ediləcəyi və beynəlxalq təzyiqlə üzləşəcəyi ildir.

Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi dünya jurnalistlərinin diqqətini Azərbaycana yönəldəcək. Ən azı ölkəmizə 3-4 min məqalə həsr edilə bilər. Bunların 80 faizinin Azərbaycan hakimiyyətinin insan hüquqları və azadlıqları sahəsində tutduğu mövqeyin sərt tənqid olunacağı düşüncəsindəyəm.

Sosial və siyasi fəallıq artan xətt üzrə davam edəcək. Parlament seçkilərində maraqlar bir nəfər yox, minlərlə insanın marağı üzərində qurulduğuna görə dəyişiklik üçün ciddi məqamlar ortada olacaq. Sadəcə, imkan və şəraiti bir-biri ilə düzgün uzlaşdırmaq lazım gələ bilər. Beynəlxalq şərait hazırda bunun üçün çox münasibdir.

Rusiyanın taleyi qaranlıqdır. Əgər Putinin indiki siyasəti davam edərsə, o zaman Azərbaycana da təsir imkanları azalacaq. İstənilən halda, Putin artıq dünya üçün arzuolunmaz adamdır, bu fakt çox şeyin fərqli müstəvidə inkişaf edəcəyinin müjdəçisidir.

Suriyada vəziyyətin dəyişəcəyi mümkün görünmür. Qərbin gücü Rusiyaya yönələcək. Bunun fonunda İŞİD qruplaşması da yaşamını davam etdirəcək. Amma, qərar dəyişə də bilər. Çünki, zamanın uzanması onlarla mübarizəni daha da çətinləşdirməklə yanaşı, İŞİD-i gücləndirir.

İranla Qərbin münasibətləri istiləşməkdə davam edə bilər. Ümumiyyətlə, İran İslam Respublikası dünya üçün təhlükə statusunu dəyişə bilər. Həm İran, həm də Qərb bu istəkdə maraqlıdır. İndi təhlükə müstəvisi İŞİD və Rusiyadır.

 

Related Articles

Back to top button