English

Razi Nurullayev Türkiyə-Ermənistan razılaşmasında Azərbaycanın xeyrinə müddəaların ola biləcəyini deyir

2 sentyabr 2009, Olylar Informasiya Agentliyi

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Artıq sözügedən ölkələr arasında isti münasibətlərin yaranması üçün zəmin yaranıb.
   Bu yöndə iki ölkə arasında imzalanacaq razılaşmanın motivləri də mətbuatda dərc edilib. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, razılaşma sənədində Dağlıq Qarabağ probleminin həllinə dair müddəa göstərilməyib. Məsələyə münasibət bildirən konfliktoloq Razi Nurullayev "OLAYLAR"a açıqlamasında Azərbaycan "Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin tutduğu mövqenin Azərbaycanın xeyrinə olduğunu deyib. Onun sözlərinə görə, hazırda Türkiyə ilə Ermənistan arasında imzalanması gözlənilən razılaşma Azərbaycanın xeyrinə ola bilər. Razılaşmada cəmiyyətə məlum olmayan razılıqların olduğunu istisna etməyən R. Nurullayev deyib ki, məhz Türkiyə-Ermənistan arasında imzalanan razılaşmadan sonra Ermənistan bir neçə rayonu azad edə bilər. R.Nurullayev torpaqların qaytarılması məsələsində centlmensayağı razılaşmanın ola biləcəyini də deyib.

http://baki-xeber.com/2009/09/03/get=32954

Related Articles

Back to top button