Interviews

Razi Nurullayev: “Azadlıq bloku hal-hazırda fəaliyyət göstərir”

Deyerler.org: Ölkə mətbuatında AXCP-nin Müsavat Partiyası ilə seçki blokunun yaradılması xəbərinin ardından partiyanın “Azadlıq” blokundan kənarlaşdırılması xəbəri də yayıldı. Müxalifətin bu iki aparıcı qüvvəsinin seçki blokunda birləşməsi çoxlarını sevindirsə də bəzilərini məyus edib. Mövzu ilə bağlı İntizar radiosunun “Gündəm” verilişinə açıqlamalar edən AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev demişdir: “Bu məlumatlar bir qədər şişirdilmiş məlumatlardır. Təbii ki, partiyalar arasında müəyyən müzakirələr gedir. AXCP-nin də üzvü olduğu “Azadlıq” bloku hal-hazırda fəaliyyət göstərir və yaxın zamanlarda Sədrlər Şurasının da iclası keçiriləcək. “Azadlıq” blokunun işinin dayandırılması ilə bağlı heç bir qərar yoxdur”. Müsavat Partiyası ilə seçki blokunun yaradılmasına gəldikdə isə R.Nurullayev bildirmişdir: “Bu istiqamətdə müəyyən qeyri-rəsmi görüşlər ola bilər. Amma bu haqda xüsusi hansısa rəsmi müzakirələr getməyib. Bu mövzu hələ ki, kuluarlar səviyyəsindədir. İstənilən halda bizim seçkiyə Müsavat partiyası ilə seçki bloku şəklində getməyimiz gündəmdədir. Burada bəzi məsələlərin razılaşdırılmasına ehtiyac var”.
/Deyerler.org/
http://deyerler.org/61178-razi-nurullayev-vazadliq-bloku-hal-hazirda-fealiyyet-gosterirv.html

Related Articles

Check Also
Close
Back to top button