Statements

Gözəl fərmanı şəhid ailələrinin ah-naləsinə çevirdilər

Ilk olaraq, Azərbaycanda inqilab təzahürləri görmürəm. Düzdür, xalq arasında ciddi narazılıq var, sosial vəziyyətdən, sosial xidmətlərdən narazılıq pik səviyyədədir. Amma, bu o demək deyil ki, inqilab havası var. Cəmiyyətdə narazılığın toplum qüvvəyə çevrilməsi müşahidə edilmir. Sadəcə, xüsusən, xaricdə yaşayanlar arasında yüzlərlə fəal var ki, onlar hər gün çevriliş, inqilab barədə danışır və xalqı buna səsləyirlər. Bütün bu cür açıq çağırışlara rəğmən, xalq arasında dəstək hiss olunmur.

İkincisi, inqilablar yaxşı hal deyil. Azərbaycan o dərəcədə yüksək siyasi mədəniyyətə malik ölkə deyil ki, inqilablar ağrısız-acısız ötüşsün. İnqilab Azərbaycanın məhvi deməkdir. İnqilab qisasçılıq zəminində adamların öldürülməsi, oğurlanması deməkdir. Dəyişiklik olacaqsa, mövcud qanunlar çərçivəsində olmalıdır.

Üçüncüsü, hakimiyyət ciddi şəkildə düşünməlidir ki, bu cür abi-havanın yaranmasına ölkədə narazılıq yaradan dövlət qurumları və xidmət sahələri də var. Onlar Azərbaycan xalqını narazı salmaqla məşğuldurlar. Dövlətin özəyini qazıyırlar. Prezident fərman verdi ki, 11 min manat şəhid ailələrinə verilsin. Müsbət bir işi şəhid ailələrinin ah-naləsinə çevirdilər. Şəhid ailələrinin ah-naləsini, Qarabağa övladını göndərməyəcəkləri haqqında fikirlərini, “bu torpaq uğrunda ölməyə dəyməz” sözlərini Ermənistan kanalları yayımlayır. Şəhid ailələri elə danışır ki, ağızlarından qan iyisi gəlir.

Bunları kim edir?

“Azəriqaz” verdiyi yarıtmaz qaz ilə ölkəni xaosa sürükləyir. Hər bir ailə “Azəriqaz”dan narazıdır. Görək bu qurumun başında dayananlar da evində qazın təzyiqinin olmamasndan əziyyət çəkir? Baş Nazirə müraciət etmişdim ki, milyonlarla korrupsiya əməlləri ehtimalı var, mütləq əncam çəkilməlidir. Əks halda, xalq ciddi narazılığını bildirəcək. Bu yetişməkdədir. Sığorta şirkətləri vətəndaşlara qan qusdurur, həyatından bezdirir, hər kəs narazıdır və hökuməti günahlandırır ki, heç bir tədbir görmürlər. Neçə dəfə tələb etmişəm ki, “Atəşgah” sığorta şirkətinin korrupsiya əməlləri araşdırılsın. Vecinə alan oldumu?

Təhlükəli məsələlər bunlardır. İnqilab arzulayanlara verilən fürsətdir.

Related Articles

Back to top button