Articles

Minsk Qrupu yaşadıqca, DQ münaqişəsinin həlli uzanacaq

Minsk Qrupu yaşadıqca, DQ münaqişəsinin həlli uzanacaq. Azərbaycan hökumətinin bu qrup çərçivəsində ilişib qalması, torpaqların itirilməsi ilə nəticələnə bilər.

Həmsədrlər gəlir

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov, Robert Bradtke və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Bakıya səfər etməsi heç nəyi müsbətə doğru dəyişməyəcək.  Həmsədrlər, Minsk qrupunun fakt-araşdırıcı missiyasının işğal altında olan Azərbaycan torpaqlarına səfərinin təşkilinə dair detalları razılaşdıracaq. Yenə də məzmunsuz söhbətlər, bir-birini təkzib edən ifadələr, “baş altına yastıq qoymalar” və s.

Təmas xətti

İlk öncə demək istəyirəm ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vəzifəsinin nə olduğu tam aydın deyil. Təmas xəttində atəşkəs rejimini yoxlayır və hesabat yazır. Əgər, bu hesabatın əməli təsiri olmursa, bunun münaqişənin həllinə nə faydası var? Düşünürəm ki, təmas xəttində yoxlama aparmağın birtərəfli qaydada dayandırılması Azərbaycan tərəfindən gündəliyə salınmalıdır.

Minsk Qrupu

Əlbəttə, Fransa və ABŞ-dan olan həmsədrlərin DQ münqaişəsinin həllinə doğrudan da nail olmaq üçün çalışdıqlarına şübhə ilə yanaşa bilmərəm. Amma Rusiyalı həməsdrin bu münaqişənin həllinə yox, status-kvonun saxlanmasına çalışdığının fərqindəyəm. ABŞ və Fransa isə sadəcə vasitəçilik yolu ilə hər iki tərəfi sülh sazışı imzalamağa sövq edir. Lakin, Rusiya həmsədr ölkə olduqca, və Azərbaycan Rusiyanın maraqlarını Ermənistan qədər təmin etməyincə bu mümkün olmayacaq. Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağ probleminin dinc yolla həlli yalnız onun müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınmasından keçir” bəyanatından sonar həmsədr ölkələrin bunu pisləyəcək bayantının olmaması bu qrupun dişsizliyindən və formallığındna xəbər verir. Minsk Qrupu DQ münaqişəsini həlledə bilməz. Azərbaycan hökumətinin bu qrup çərçivəsində ilişib qalması, torpaqların itirilməsi ilə nəticələnə bilər. Məsuliyyət isə indiki iqtidarın üzərində qalacaq.

Nə etməli

Azərbaycan Minsk Qrupundan tam imtina edə bilməz və aydındır ki, beynəlxalq qınaq da özünü çox gözlətməz. Ona görə də, Azərbaycan iqtidarı hər bir fəaliyyət və hərəkəti ilə Minsk Qrupundan heç nə gözləmədiyini biruzə verməli, və onun əhəmiyyətini şişirtməkdən çəkinməlidir. DQ münqaşəsinin həllinin BMT müstəvisinə çıxarılması təqdirə lyaiqdir, amma onun BMT müstəvisindən çıxarılması da bir o qədər ziyanlıdır. Azərbaycan iqtidarının əsas məsələsi münaqişənin BMT-nin qəbul etdiyi 4 qətnamə çərçivəsində həllini tapmasına çalışmasıdır. Qalan fəaliyyətlər diqqətin yönləndirilməsinə və gücün parçalanmasına gətirib çıxarmaqdadır. İqtidar DQ-la bağlı apardığı siyasətin onun itirilməsinə gətirib çıxaracağını dərk etsə, münaqişənin həlli yolunda yeni üfüqlər açıla bilər. Bu üfüqlərdən biri Azərbaycan prezidenti İlham Əliyevin müxalifətlə danışıqlara getməsidir. Daxildə razılaşdırılmayan məsələnin beynəlxalq aləmdə razılaşdırılması mümkünsüz görünür.

Related Articles

Back to top button