Interviews

Qərb Cənubi Qafqazda mövqeyini dəyişir

Razi Nurullayev: «Avropada Tiflislə bağlı siyasi qərar qəbul olunub və bir müddət sonra Azərbaycan NATO ölkəsi ilə həmsərhəd ola bilər»

NATO-nun baş katibi Anders Foq Rasmussen Gürcüstanda səfərdə olarkən çox ciddi mesajlar verib. Hələ Tiflisə təşrif buyurmamışdan öncə Rusiyanın Gürcüstanla bağlı siyasətini sərt tənqid edən NATO yetkilisi gəlişinin ilk günü bildirib ki, Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Əlavə edib ki, onun səfəri də bunu təsdiqləyir.
Maraqlıdır ki, Rasmussen Gürcüstanda bu açıqlamanı verərkən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO baş katibinin müavini ilə görüşürmüş. E.Məmmədyarov Belçika səfəri zamanı eyni zamanda Avropa Birliyinin yüksək çinli təmsilçiləri ilə də bir araya gəlib.
Cərəyan edən proseslər maraqlı mənzərə yaradır. Əgər əvvəllər NATO-nun Cənubi Qafqazda fəallaşmasının qarşısını Rusiya faktorunun aldığı düşünülürdüsə, NATO-nun baş katibinin Gürcüstanda səsləndirdiyi bəyanatlar başqa fikir yaradır. Bir sıra ekspertlər hesab edir ki, bu açıqlama Qərbin Cənubi Qafqazdakı siyasətini kökündən dəyişmək niyyətində olduğunu göstərir.
AXCP sədrinin müavini Razi Nurullayev isə hesab edir ki, artıq regionda yeni situasiya yaranıb. Avropa dövlətlərinin Rusiyadakı dəyişikliklərlə bağlı gözləntiləri özünü doğrultmadığından Qərbin siyasətinə dəyişiklik etdiyini deyən R.Nurullayev vurğuladı ki, Kreml bir müddət əvvəl müəyyən mesajlar verərək regionun demokratikləşməsində Avropa ilə əməkdaşlığın mümkün ola biləcəyini bəyan etmişdi: “O zaman Avropa dövlətləri görünür, Cənubi Qafqazda Rusiya ilə əməkdaşlığı məqbul saymışdılar. Amma Rusiyadan olan gözləntilər özünü doğrultmadığından situasiya Avropa ölkələrini öz siyasətlərinə yenidən baxmağa vadar edib. Bu baxımdan Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə imzalamağı nəzərdə tutduğu assosiativ üzvlük sazişi qurumun regionda möhkəmlənməsini nəzərdə tutur. Digər tərəfdən, Gürcüstanın NATO üzvlüyü ilə bağlı söylənilən ciddi bəyanatlar onu deməyə əsas verir ki, artıq Avropada Tiflislə bağlı siyasi qərar qəbul olunub. Və bir müddət sonra Azərbaycan NATO ölkəsi ilə həmsərhəd ola bilər”.
Azərbaycanın NATO və AB üzvlüyünün isə qəliz məsələ olduğunu deyən R.Nurullayev vurğuladı ki, bu əməkdaşlıqda Azərbaycan tərəfinin maraqlı olmaması prosesi çətinləşdirir: “Avropa Azərbaycandan təkcə Avropa Birliyinə, NATO-ya üzvlüyü tələb etmir. Qərb eyni zamanda ölkədə demokratik islahatların reallaşmasını istəyir ki, bu siyasət də Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir”.

http://azadliq.info/siyaset/4307.html

Related Articles

Check Also
Close
Back to top button