English

Azerbaycan taktiki sehve yol verib

14 October, 2009

Evez Temirxan: «Eger bu protokol tesdiqlense, artiq Azerbaycanin ictimai reyinde evvelki Türkiye heyranliğini berpa etmek üçün iller, hetta onillikler lazim olacaq»

Razi Nurullayev: «Azerbaycanin bu prosesi dayandirmağa gücü çatmazdi»

DSC01322

Türkiye ile Ermenistan arasinda protokollar imzalanandan derhal sonra Azerbaycan xarici işler nazirliyi qonşu dövlete nota ünvanladi. Lakin bezi ekspertlerin fikrince, Azerbaycanin bu prosesden özü üçün menfeet elde etmek imkani olsa da, bundan yararlanmayib.
Amma proseslerin növbeti merhelesinde- parlamentlerin protokollari ratifikasiya edeceyi merhelede, Türkiyeye tesir etmek imkani var. Bes eslinde veziyyet necedir? Azerbaycan Türkiye-Ermenistan münasibetlerinin normallaşmasi prosesinden hansi menfeet elde ede, yaxud da bu prosesi hansi yolla engelleye biler?
Meseleye münasibet bildiren ALP sedr evezi Evez Temirxan Azerbaycanin taktiki sehve yol verdiyini, Türkiyeye yeterince tesir imkanlari olduğu halda, onlardan faydalanmadiğini qeyd etdi: “Azerbaycanin tesir imkanlari var idi. Ancaq bundan istifade etmedi. Bizim hökumet bu meseleye bigane yanaşdi. Ona göre de protokolun imzalanmasi gerçekleşdi. Azerbaycan bu meselede böyük taktiki sehve yol verdi. Amma indi de gec deyil. Azerbaycan parlamenti Türkiye parlamentine, dövlet başçisi ise bir daha Türkiyenin dövlet başçisi ve baş nazirine müraciet etmelidir. Bildirmelidir ki, bu protokolun imzalanmasi, tesdiq olunmasi Azerbaycanin xeyrine deyil, eyni zamanda iki ölke arasindaki münasibetlere hansisa formada xelel getire biler. Ona göre de bunun qarşisi alinmalidir. Mütleq Ermenistandan qovulmuş azerbaycanlilarin meselesi gündeme getirilmelidir. Hemin şexslere Ermenistan vetendaşliği verilmelidir. Yalniz Azerbaycanin serhed toxunulmazliğini, erazi bütövlüyünü, Dağliq Qarabağ da daxil olmaqla bütün erazisinde dövlet suverenliyini tanidiqdan sonra diplomatik münasibetlerin qurulmasi şerti ireli sürülmelidir. Dağliq Qarabağ da daxil olmaqla bütün torpaqlardan Ermenistan silahli qüvveleri çixarildiqdan sonra ise serhedlerin asilmasi gündeme getirilmelidir”.

E.Temirxanin sözlerine göre, baş verenler yalniz Azerbaycanin ziyaninadir: “Burda Azerbaycanin xeyrine heç ne yoxdur. Yeni faydalanmali nese görmürem. Eger Azerbaycan siyasi oriyentasiyasini deyişerse, başqa yönümlü siyaset yürütse, ele Qerb ölkelerinden bize zerbe vurula biler. Amma bu ağir veziyyetde Azerbaycan balansli siyaset yürütmeye mehkumdur. Eger bu protokol tesdiqlense, artiq Azerbaycanin ictimai reyinde evvelki Türkiye heyranliğini berpa etmek üçün iller, hetta onillikler lazim olacaq”.

Politoloq Razi Nurullayev ise Azerbaycanin baş veren prosesleri dayandirmaq gücünde olmadiğini vurğuladi: “Azerbaycanin bu prosesi dayandirmağa gücü çatmazdi. Çünki Türkiye ABŞ, Avropa ve özünün milli maraqlarini nezere alib, eyni zamanda regionda güclenmek üçün bu addimi atib. Hazirda Rusiya ile Türkiye arasinda regionda lider olmaq uğrunda mübarize gedir. Bu baximdan Azerbaycan prosesleri dayandira bilmezdi. Artiq qatar gedib, protokollar imzalanib. Türkiye terefini günahlandirmaq, tezyiq göstermek yersizdir. Geden qatari dayandirmaq olmaz. Azerbaycan artiq bu protokoldan özü üçün hansi menfeetleri götüre bileceyini düşünmelidir. Bunun üçün Türkiye dövleti ile müeyyen menada danişiqlar davam etdirilmelidir, parlamentde protokollarin tesdiqlenmesinin qarşisi alinmalidir. Ola bilsin ki, heç protokollar Ermenistan parlamentinden de keçmesin. Çünki orada da protokollarin imzalanmasina yanaşma birmenali deyil”. Politoloqun fikrince, hazirda Azerbaycanla Türkiye arasinda her hansi naraziliğin yaranmasi yalniz Ermenistanin xeyrinedir: “Türkiye Ermenistanla serhedi Kelbecerin işğalina göre bağlamişdi. Bu sebebden serhedlerin açilmasinin qarşisini almaq üçün Azerbaycanin elinde yeterince deliller ve sübutlar var. Türkiye de deye biler ki, eger serhedlerin bağlanmasina sebeb olan mesele aradan qaldirilsa, Kelbecer azad edilse, serhedler açila biler. Ancaq indiki meqamda Türkiye ile Azerbaycan arasinda her hansi naraziliğin yaranmasi ve fikir ayriliğinin olmasi Ermenistanin xeyrine işleyecek”.

Fizze

http://azadliq.az/?p=32249

Related Articles

Check Also
Close
Back to top button