English

İlham Eliyevin Rusiyaya komplimenti nece qarşilandi?

26 November, 2009, 11:58

Razi Nurullayev: “Rusiya Azerbaycana qarşi heqiqeten semimidirse, qoy, bu münasibeti Qarabağ münaqişesinin helline yöneltsin”

Sülheddin Ekber: “Azerbaycanin en böyük problemi olan Qarabağ münaqişesinin arxasinda Rusiyanin dayandiği heç kime sirr deyil”

İlham Eliyev Rusiya prezidenti Dmitri Medvedyevle görüşünde iki ölke arasindaki münasibetlerden danişib. Prezident bildirib ki, bütün dövletler arasinda münasibetler bele yaxşi olsaydi, dünyada problem yaranmazdi. Amma mesele burasindadir ki, Azerbaycanda heç vaxt Rusiyaya birmenali münasibet olmayib. Bu gün çoxlarinda o fikir hakimdir ki, Qarabağ münaqişesinin illerdir hell olunmamasinin esas sebebkari ele Rusiyadir. Bundan başqa bu dövlet Ermenistana maddi ve herbi yardimlara göre de Azerbaycanda zaman-zaman qinaq obyektine çevrilib. Bele bir şeraitde dövlet başçisinin Rusiyaya ünvanlanan siyasi komplimenti müxtelif reyler yaradir.DSC01359

AXCP sedrinin müavini Razi Nurullayev bildirir ki, Rusiya ve Azerbaycanin dövlet başçilari seviyyesinde dostluq elaqeleri var. Amma bu dostluq dövletlerarasi münasibetlerde nezere çarpmir: “Belke de başqa ölkelerin liderleri bele dostluğa qisqancliqla yanaşir. Amma dövletlerarasi münasibetlerde bu dostluğun ve bu qeder yaxin münasibetlerin şahidi deyilik. Hesab edirem ki, Rusiya ile Azerbaycan arasinda kifayet qeder problemler var. Bu problemler iqtisadi sahede de mövcuddur. Rusiya Azerbaycanin iqtisadi ve ticari sahede heç de önde eden terefdaşlarindan deyil. Rusiya Azerbaycanin erazi büövlüyünün taninmasini resmen beyan etse de, bununla bağli praktik addimin atilmasinda heç vaxt sey göstermeyib. Mehz Dağliq Qarabağ münaqişesinin hell olunmamasi birbaşa Rusiyaya bağlidir. Rusiya Azerbaycani nazaretde saxlamaq üçün Ermenistan vasitesile tesir göstermek gücüne sahibdir. Ermenistana külli miqdarda silah ötürdü, Gürcüstandan çixarilan silahlari ve herbi texnikanin da ora gönderdi. Rusiya Ermenistani silahlandirmaqla bundan Azerbaycana tezyiq vasitesi kimi istifade edir. Bu baximdan xalqlar ve dövletler arasinda münasibetler o qeder de ürekaçan deyil. Eger Rusiya Azerbaycana qarşi heqiqeten semimidirse, qoy,  semiyyet Qarabağ münaqişesinin helline yönelsin”.

R.Nurullayev hesab edir ki, bunu Azerbaycan prezidentinin beynelxalq aleme mesaji kimi de qiymetlendirmek olar: “Azerbaycan-Ermenistan prezidentlerinin Münhende keçirilen görüşünde Qarabağ münaqişesinin helli ile bağli kifayet qeder irelileyişler elde olunub. Ola bilsin ki, Ermenistanin bu kompromislere getmesinde Rusiya prezidentinin ve baş nazirinin de müeyyen rolu olub. İlham Eliyev de bu rola ve müsbet ceste uyğun olaraq beynelxalq aleme bele bir mesac gönderib”.

Müsavat Meclisinin sedri Sülheddin Ekber hesab edir ki, bu, Rusiya ve Azerbaycan dövletlerarasi münasibetlerinin gerçek durumun eks etdiren mövqe deyil: “En yaxşi halda İlham Eliyevle Kreml arasinda münasibetleri eks etdiren bir mövqedir. Bu açiqlama Rusiya-Azerbaycan münasibetlerinin gerçek durumunu eks etdirmir. Azerbaycanin en böyük problemi olan Qarabağ münaqişesinin arxasinda Rusiyanin dayandiği heç kime sirr deyil. Kimlerse bunu bu ve ya başqa şekilde perdelemek isteye biler. Amma öten il Gürcüstanla müharibeden sonra her kese aydin oldu ki, neinki Azerbaycan Ermenistan arasinda, bütövlükde postovet mekaninda olan münaqişelerin arxasinda Rusiya dayanir. Meqsed de sovetler birliyi parçalandiqdan sonra postsovet ölkelerini nezaretde saxlamaqdir. İndi de bu münaqişelerden istifade edib onlari idare etmekle zaman-zaman Rusiya yeniden Cenubi Qafqaza öz tesirini artirmaq isteyir. Bu yolla da Cenubi Qafqaza, o cümleden Azerbaycana qayitmaq isteyir”.
S.Ekber bildirir ki, son dövrler Cenubi Qafqazda yaranmiş yeni veziyyet ve region etrafindaki durum nezere alinarsa,  bu açiqlamani Qerbe mesaj kimi de qebul oluna biler.

Gültekin

http://azadliq.az/?p=39577

Related Articles

Check Also
Close
Back to top button