Interviews

İsveç Parlamentinin Qarabağ qətnaməsini qeydiyyata alması Azərbaycanın uğurudur

“Azərbaycan diasporasının – istər Azərbaycan hakimiyyətinin dəstəyi ilə olsun, istərsə də müstəqil insanlar tərəfindən aparılsın – belə bir ideyanı ortaya ataraq – qeydiyyatdan keçirməyə nail olursa, bunu əlbəttə ki, Azərbaycanın uğuru kimi dəyərləndirmək olar. Bu böyük uğurdur”. Bunu oxucu.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Razi Nurullayev dedi. O, əlavə etdi ki, Azərbaycanın diasporası istəsə işləyə bilər: “Bu Azərbaycan diasporasının inkişaf etməkdə olan tendensiyasının da ismarccısı ola bilər. O ki qaldı İsveç Parlamentində qeydiyyata alınmasına, deyərdim ki, son zamanlar ümumiyyətlə “Şərq Tərəfdaşlığı” proqramı başlayandan – məlum olduğu kimi bu proqram Polşa və İsveçin təşəbbüsü ilə hazırlanıb – İsveçdə bu məsələlərlə bağlı kifayət qədər canlanma yaranıb. İsveç mətbuatında da Azərbaycan hakimiyyəti ilə bağlı müsbət və tənqidi məqalələrin sayı artıb. Bu birinci növbədə diaspor təşkilatlarının ruhlandırılmasına səbəb olur. Digər bir tərəfdən isə Parlamentin onu ciddi qəbul edərək qeydiyyata alması və müzakirəyə çıxarması da əlbəttə ki, İsveç cəmiyyətinin özünü də bu məsələyə biganə qalmamağının təzahürüdür. Bunun özü də gözəl bir tendensiyadır. Yəni artıq İsveç Azərbaycanla bağlı düşünməyə başlayıb. Mən İsveç xarici işlər naziri Karl Bildtin yaradıcılığı və fəaliyyəti ilə yaxşı tanışam. O da son zamanlar ən azından ayda bir neçə dəfə özünün həm blogunda, həm də tvitter səhifəsində Azərbaycanla bağlı hansısa məqamlara toxunur. Məhz bu məqamlar Azərbaycan bağlı müəyyən həqiqətlərin üzə çıxmasına rəvac verəcək”

Related Articles

Back to top button