Əkrəm Əylislinin “Каменные сны” (“Daş Yuxular”) romanı…

Posted by on 30 January, 2013
This post was filed in Köşə and has 3 comments
-10

Əkrəm Əylislinin “Каменные сны” (“Daş Yuxular”) romanı ciddi müzakirə edilir. Romanı rus variantında internetdən oxuyuram. Hələ ki, tam fikir söyləmək qədər oxuya bilməmişəm.
SONY DSC
Amma, deməliyəm ki, çox cəsarətli bir təşəbbüsdür və yəqin ki, əksəriyyətin belə addım atmağa cürəti çatmazdı. İctimai rəy qorxusu çoxunu çəkindirərdi. Məncə, yazıçı Orxan Pamuk olmaq iddiasında da deyil. Amma, yazıçının müxtəlif mükafatlara layiq görüləcəyi də istisna deyil.

İnanmıram ki, Əkrəm Əylisli vətənpərvər deyil. Xeyr, əksinə, onun ürəyi vətənlə döyünür və bunu dəfələrlə sübut etmiş yazıçıdır.
Kitabı tam oxumadığıma görə detallarına varmadan bir mahiyyətə fikir yönəltmək istəyirəm.
Biz qəhramanıq, yenilməzik, bizdən yoxdur, bəşəriyyətin beşiyi bizdən başlayıb, nordik (skandinaviya xalqları) xalqlar biz azərbaycanlılardan törəyib deməklə də nə böyük oluruq, nə də qəhrəman. Qəhramanlıq eybəcərliklərlə mübarizə aparmaqdadır.

Elə cəmiyyətdə yaşayarıq ki, qorxaq qəhrəman kimi, kütbeyin alim kimi, saxtakar müəllim kimi, vətənini, torpağını sevməyən zabit kimi fəaliyyət göstərir. Erməniləri bərkdən və “publiçnıy” söyməklə qəhr’manlıq və vətənpərvərlik olmur. Buna psevdo-qəhrəmanlıq deyirlər.
Amma, onu da deməliyəm ki, heç zaman xalqımın aşağılanmasını istəmərəm və bu mənim üçün ölümə bərabərdir. İnanıram ki, əsərdə belə məsələlər yoxdur. Hələ ki, oxuyuram.

Siz də bu linkdən oxuya bilərsiniz: http://magazines.russ.ru/druzhba/2012/12/aa5.html

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 Comments on “Əkrəm Əylislinin “Каменные сны” (“Daş Yuxular”) romanı…”

  • Fuad
    31 January, 2013, 12:04

    Mən söz tapa bilmirəm deməyə, biz ya həqiqətən ağlımızı itirmişik, ya da ki həmişə belə olmuşuq, hansı qəhrəmanlıq və cəsarətdən danışırıq? Kişi guya cəsarətli çıxıb? Əgər bu əsərə görə mükafat alacaqsa təpəsinə dəysin. Ermənilər onun da övladını və ya doğmasını Qarabağdakı kimi dar ağacına çəkib onun gözü qarşısında diri-diri yandırsaydılar (arzu etmərəm heç vaxt) , qələt eliyib heç vaxt belə əsər yazmazdı. 

  • azerbaycan
    9 February, 2013, 17:43

    azerbaycan xalqi gozuvu acin,bele insanlar heyatda yasamali deil o insanki azarbaycanin suyu ile torpaginda bitenlerde yasayi imdi durub bizim  en boyuk duwmanimizin terefeni kecmeyine ne demek olar he?ONNA BU HAKQI HEC KIM VERMEYIB!!!!insan oz VATANINA  xayanat etmez!!!ermenistan BIZIM EN BOYUK DUSMENIMIZIN TEREFINE KECMEK NE DEMEK DIR HE?onlara insan demek olmaz bu ise durub onlari dagin basina qoyur onunn azarbaycanda qalmqi bele gunahdir!!!!eger bele cox sevirse ermenistan biz bele pis idikse getsin ora ….onu burda saxlayan heckim yoxdu,getsin onlara bizim  milletimizi oldurenlerin yanina gunahsiz insanlari qetle yetireninlerin yanina vetene xeyanet edenlerde olardandi….

  • Elçin
    11 February, 2013, 12:41

    Belə bir azərbaycanlının ( hərçənd ki  azərbaycanlı  olduğuna inana bilmirəm )  mövcudluğuna görə  təəssüf edirəm. Bizə  düşmən lazım deyil , belələri    kifayət edər .

Leave a Comment