AnalysisCorner articlesStatements

Avropa Birliyi geopolitik maraqları düzgün qiymətləndirməlidir

turkey_eu_0907Barak Obama ABŞ-ın 1961-ci ildən sanksiyaya məruz qoyduğu Kuba ilə münasibətləri 56 ildən sonra yaxşılaşdırmağa qərar verib və iki ölkə arasında yüksək səviyyəli görüşlər də keçirilməkdədir. ABŞ-ın bu addımı artmasında önəmli rolu həm də Rusiya faktoru oynadı. Çünki, Rusiya hər zaman Kubadan ABŞ-a təsir mexanizmi kimi istifadə edib. ABŞ Bu təhlükəni aradan qaldıraraq, həm Rusiyaya qarşı münasibətinin barışmaz olduğunu, həm də Rusiyanı çökdürmək üçün keçmiş düşmənləri ilə dost olacağını bəyan etdi.

Bu əslində, alqışlanası addımdır. Rusiyanın güvəndiyi gücləri və ölkələri onun əlindən çıxarmaq lazımdır. Hazırda, Rusiyanın güvəndiyi güclər Türkiyə, Çin və Hindistandır.

Hindistan və Çinin neytrallaşdırılması və maraqlarının təmin olunması üçün ABŞ və Yaponiya addımlar atmaqdadır. Bunun üzərində geniş dayanmayım.

Məni maraqlandıran Türkiyədir. Türkiyənin Rusiya ilə əməkdaşlığa sövq edən Avropa Birliyinin qardaş ölkəyə qarşı tutduğu ikili mövqedir. Avropa Birliyi geopolitik maraqları, heç zaman düzgün qiymətləndirmir. İndiki halda, Türkiyə ilə üzvlük məsələsini daha ciddi və motivasiya ilə davam etdirməlidir. Türkiyə Avropaya bağlanmalıdır. Gələcəkdə Türkiyənin önəmi daha da artacaq.

Azərbaycan üçün də bu önəmlidir. Türkiyənin Avropaya inteqrasiyası həm də Azərbaycan üçün bir stimuldur. Azərbaycanın Avropaya inteqrasiyası və demokratikləşməsi Türkiyə üzərindən daha asandır, nəinki Rusiya üzərindən. Türkiyə Rusiya yaxınlaşması hazırda Azərbaycan üçün ciddi təhlükə deyilsə də bunun yeni yarana biləcək situasiyada necə olacağını demək çətindir

Related Articles

Back to top button