Corner articlesStatements
Sürücülərin piyadalara yol verməməsi ən böyük vəhşilikdir
Piyada keçidlərində sürücülərin piyadalara yol verməməsi ən böyük vəhşilikdir. Günah yenə də sürücülərdə yox, bu iqtidardadır. Çünki, hər kəsin zəng edəcəyi bir “dayı”sı, rüşvət verə biləcəyi bir məmur var.
Piyada keçidlərində nədən video-kameralar, nədən piyada keçid işıqforları quraşdırılmasın? Əgər kimsə, hansı vətəndaşsa tərbiyələnmək və mədəni olmaq istəmirsə, qanun işləsə onu cızalandırar. Qanun isə ondan şəxsi və fərdi maraqları üçün yararlana bilənlər üçün yazılırBu ölkənin rüşvətinə, korrupsiyasına, özbaşınalıq hallarına və qanunların kağız üzərində olmasına, o cümlədən qanunların ancaq müxalifət düşüncəli insanlara tətbiqinə etiraz edir və bununla heç zaman razılaşmayacağımızı bildirirəm. Mübarizə sonuna kimi.