Statements

“O, Azərbaycanla bağlı yeni cığır açacaq”

30.05.2012 | 20:52

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev Facebook statusunda ABŞ-ın dövlət katibi Hilari Klintonun Azərbaycana səfərini Azərbaycan-ABŞ münasibətlərində yeni cığır açağını və artıq açılan cığırlarla iqtidarın addımlamasının əngəllənə biləcəyini yazıb.

“Qafqazinfo”nun məlumatına görə, R. Nurullayev bugünkü statusunda yazıb ki, ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabatını açıqlayıb və xanım Klintonun səfəri bu ərəfəyə təsadüf etdiyindən, hesabatda vurğulanan insan haqları və demokratiya ilə bağlı ciddi məqamlar müzakirə ediləcək: “Bu adını çəkdiyim məqamlar danışıqların ən ağır hissəsini təşkil edəcək. Görüşün rəsmi hissəsində tərəfdaşlığın yeni yolları, regional təhlükəsizliyin və sabitliyin, enerji təhlükəsizliyinin, iqtisadi və siyasi islahatların gücləndirilməsi müzakirə edilsə də, gözləyirəm ki, xanım Klinton ictimaiyyət, media və rəsmilər qarşısında da demokratik inkişaf və insan haqları ilə bağlı məsələləri səsləndirəcək. İnsan hüquqları və demokratiya isə, əsasən bağlı qapılar arxasında çox ciddi şəkildə hədəfə alınacaq. Xanım Klinton bu səfərində müxalifət nümayəndələri ilə də görüşməsinin planlaşdırılması hakimiyyət üçün də çox ciddi siqnal olacaq. Klinton müxalifətlə görüşməklə onların fəaliyətinə və davam edəcək mübarizəsinə hüquqi don geyindirəcək. ABŞ azərbaycanı tərəfdaşı kimi görür, amma bununla bərabər ölkənin demokratikləşməsinə də ciddi əhəmiyyət verir və mesaj ondan ibarət olacaq ki, ABŞ ancaq və ancaq demokratik yol ilə irəliləyən ölkə ilə tərəfdaş olmaq istəyindədir. Azərbaycan rəhbərliyi isə onunla tərəfdaş olmaq üçün bu istəyə cavab verməlidir”.

Related Articles

Back to top button