Statements

Armud, bal, alma yeyən AYILAR da cərimə olunsun

Bu gün zəlzələ oldu və hər kəsi bərk qorxudub. Bir nəfər yazımın altında yazıb ki, meşələrdən meyvə yığımına qadağa qoyulmasına qarşı təbiət belə münasibət göstərib. Bəlkə təbiət yox, uca Allah bizi silkələdi ki, belə də ağ olmaz.

meşə çaytikanı, yabanı alma və armud, böyürtkən və cərimələr

Ağacların qırılmasına, suların və meşələrin çirkləndirilməsinə və bu kimi anormal hərəkətlərə qadağa da olar, həbsi də lüzumlu görürəm. Amma, meşədən çaytikanı, itburnu, böyürtkən, yabanı alma və armud yığana qadağa qoymaq, cərimələmək ağını çıxarmaqdır. Vallah ayıbdır, billah ayıbdır!

Şəxsən mən meşələrdən yığılan meyvələri, onlardan düzəldilən mürəbbələri, doşabları bəyənirəm və alıram. Yüzlərlə ailə bundan dolanır, əlinə çaytikanı bata-bata onu toplayır və halal pulunu qazanır. Siz özünüz çaytikanının bir meyvəsini dərə bilərsiniz? Yox, çünki əlləriniz dərd və əziyyət görməyib, elə mənim də əlimin dərisi çox incədir. Gəlin millətə qapaz vurmayaq, hər gün mənasız cərimələrin artırılmasından insanlar bezib.

meşə çaytikanı, yabanı alma və armud, böyürtkən və cərimələr

Related Articles

Back to top button