ArticlesCorner articles

Ölüm sürücüləri

Maraqlı faktlar öyrəndim. Bizdə hər gün kefli, məsuluyyətsiz və cahil sürücülərin ucbatından bir neçə nəfər həlak olur. Cəzasızlıq. Avtobuslarla bağlı isə məsələ sadəcə məsuliyyətsilik və Nəqliyyat Nazirliyinin işinin öhdəsindən gələ bilməməsidir.

Rusiya yaxın bir ay ərzində qanunvericiliyə dəyişiklik edəcək və 2 nəfərdən çox adamın ölümünə səbəb olan sürücü ömürlük həbs cəzası almaq və birdəfəlik sürücülük hüququndan məhrum olma təhlükəsi ilə üzləşəcək. Sərxoş sürücülərin isə avtomobilləri konfiskasiya olunacaq və bir il sürücülük hüququndan məhrum ediləcək.

ABŞ-da ölümə səbəb olan sürücü 10 il iş ala və ömürlük həbsdə qala bilər. Analoji qərar Fransada da var. Cərimə 150,000 avro və 15 il həbs.

Çin və Tailandda isə ağır ölüm hallarında sürücülər ölüm cəzasına məhkum edilir.

Bizdə isə qanun problemi yoxdur. Bizdə qanunun rüşvətlə məhv edilməsi praktikası var.

Related Articles

Check Also
Close
Back to top button