Razi Nurullayev Lars Hansenlə görüşüb
22 April, 2010
Norveçin Azərbaycandakı səfirliyinin 1-ci katibi ilə görüşdə ictimai-siyasi vəziyyət müzakirə olunub
AXCP sədrinin müavini Razi Nurullayev bu gün Norveç Karallığının Azərbaycandakı səfirliyinin 1-ci katibi Lars Hansen ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, parlament seçkisinə hazırlıq, müxalifətin birlik məsələləri və AXCP-nin 25 aprelə təyin etdiyi mitinq müzakirə edilib.
Razi Nurullayev Lars Hansendən ölkəmizdə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatlardan 25 aprel mitinqinə icazə verilməsi üçün səlahiyyətləri daxilində danışıqlar aparmasını xahiş edib. Lars Hansen vətəndaş cəmiyyəti ilə bağlı Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) gördüyü işlərlə də maraqlanıb. Razi Nurullayev VCDK-nın 7 may 2010-cu il ümumi yığıncağı ilə bağlı ətraflı məlumat verib.