Meetings

Politoloq Latviyanın Dövlət Katibi ilə görüşüb

Razi Nurullayev Latviya dovlet katibi ile 02AXCP sədrinin xarici əlaqələr üzrə müavini, “Region” Beynəlxalq Analitik Mərkəz rəhbəri, politoloq Razi Nurullayev Latviyanın Dövlət Katibi cənab Andrejs Pildegovics ilə görüşüb. Bu ildən Avropa Birliyində sədrlik Latviyaya keçib və Şərq Tərəfdaşlığı üzrə Zirvə Toplantısı da bu ilin martında Latviyanın paytaxtı Riqada keçriləcəkdir.

Görüşdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər barədə müzakirələr aparılıb və Avropaya inteqrasiya müzakirə edilib. Razi Nurullayev dövlət katibinin nəzərinə çatdırıb ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının və partiyanın da təmsil olunduğu Milli Şuranın əsas çağırışlarından biri də Azərbaycanın avro-atlantik məkana tam inteqrasiyasıdır və bunun alternativi yoxdur. Gözləyirik ki, Azərbaycan mart zirvə toplantısında Şərq Tərəfdaşlığı üzrə Assosiasiya Sazışının bağlanması üzrə ciddi addımlar atsın.

Bununla bərabər, həbs edilən onlarla vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, siyasətçilər, bloger və jurnalistlərin həbsi ətrafında da müzakirələr aparııb.

Tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Razi Nurullayev Latviya dovlet katibi ile

Related Articles

Back to top button