ArticlesCorner articlesStatements
Rüşvət və korrupsiya bu millətin iliyinə işləyib
19 dekabr 2014
Çox eşidirik ki, deyirlər xeyri yoxdur, millətimiz düzələn deyil. Rüşvət və korrupsiya bu millətin iliyinə işləyib. Doğru deyil, dostlar.
Bu gün ozəl banklardan birində oldum. Yüksək mədəniyyət və xidmət. Heç kimin ağlından da keçmir ki, etdiyi xidmətə görə onlara “hörmət” edəsən. Mobil operator şirkətlərində də xidmətə görə rüşvət yoxdur.
Amma, orada işləyənlər də millətimizin nümayəndələridir. Demək ki, millətlik bir şey yoxdur.
Eybəcərlik sistemdədir. Əgər siyasi sistem istəsə rüşvət və qanunsuzluqlar bir həftəyə tam ortadan qalxar. Buna görə də biz xalqımıza inanırıq və siyasi mübarizəmizi bu siyasi sistemin (YAP siyasi sisteminin) dəyişməsinə sərf edirik.
Təşəkkürlər xalqımız!