AnalysisCorner articlesStatements

Texnoloji Suverenitet

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri

5 yanvar 2015.

Yeni termin ərsəyə gəlib: “Texnoloji suverinitet”. Bu məhfumun meydana gəlməsi söz və internet azadlığının da başında “Demokl qılıncı” kimi asılıb.

Bunun detallarına varmadan öncə ölkəmizə nəzər salaq.
Facebook Azərbaycanda azad olsa da, əslində həm də azad deyil. Səbəb odur ki, bir çoxları, məhz Facebook sosial şəbəkəsində yazdıqlarına görə həbs olunublar. On minlərlə istifadəçi qorxusundan tənqidi yazılara nə “bəyəndim” edir, nə də şərh yazır. Elə olur ki, məsələn, mənim özüm hər gün 20 ya da 30 nəfərdən “inbox”umda “bəyəndim” və şərh alıram. Çünki, oranı yalnız mən görürəm.

Elektron poçtlar da, çox yəqin ki, süzgəcdən keçir və buna görə də çox insan fikrini açıq yaza bilmir. Mobil operatorların dinlənilməsi heç kimə sirr deyil və bunun ucbatından heç kim telefonda azad və özgür danışa bilmir.

Skype danışıq platformasının da dinlənildiyi söylənilir və heç zaman burada da açıq danışa bilmirik.

Fiziki olaraq, virtual həyatdan da uzaq olan zaman mobil telefonlar üstümüzdə və məlumdur ki, bəzən onların batareyaları çıxarılan zaman belə dinləmək mümkündür.

Bir sıra internet üzərindən olan təhlükəsiz yazışma platformaları var. Orada da yazışmağa çəkinirik, çünki, xəttin o biri üzündə yazışdığımız kəsin özgürlüyündən xəbərsizik və qorxuruq ki, yazdıqlarımız sabah “skrinşot” kimi sosial şəbəkələri bəzəyə bilər.

Nəticə odur ki, ürəyimiz doludur və onu boşaltmaq üçün özümüzü təhlükəsiz hiss etmirik. Budur söz və internet azadlığının boğulması.

Texnoloji Suverenitet

Amerikanın dünyanın ən inkişaf etmiş ölkələrini belə izləməsinin və onların danışıqlarına qulaq asması bir çox qeyri-demorkatik ölkələrin əlinə oynadı. Bunu əsas gətirərək, onlar bir çox qlobal kommunikasiya vasitələrini məhdudlaşdırmağa başladılar. Çinin Gmail elektron poçt xidmətini bağlaması, Rusiyanın istifadəçiləri haqqında məlumatların ancaq öz yerli serverlərində saxlanması barədə qərar verməsi, Brazilyada buna bənzər addımların atılması barədə anonsların verilməsi, Türkiyə hökumətinin Twtter və YouTube xidmətlətini bir müddətə bağlaması bu qəbildən olan məsələlərdir.

Azərbaycan da özünün texnoloji suverenliyini təmin etmək üçün fəzaya artıq iki peykini göndərib və hökumətin dediyinə görə, əsas məqsədlərdən biri də ölkənin informasiya təhlükəsizliyinin təminatıdır. Lakin, qorxulu məqam ondan ibarətdir ki, informasiya təhlükəsizliyinin qorunması adı altında vətəndaşlaırn da söz və internet azadlığı boğula bilər. Əslində, bunun təzahürləri oratdadır. 10-dan çox bloqqer və jurnalsit hələ də həbsdədir.

 

Related Articles

Back to top button