AnalysisCorner articlesStatements

Dəlləklər və taksi sürücüləri ən məlumatlı adamlardır

Soviet_Union_HockeyDəlləklər və taksi sürücüləri ən məlumatlı adamlardır. Onlarla dünyanın altını üstünə çevriib də müzakirə etmək olar. Bu gün saçımı vurduranda, həmişəki kimi yenə də dünyanı və Azərbaycanı müzakirə etdik. Azərbaycanda da Rusiyanın Ukraynanı işğalına haqq qazandıranlar var. Düşünənlər var ki, Ukrayna elə rus deməkdir və Putin düz edir ki, Ukraynanı cəzalandırır.

Azərbaycanda elə insanlar var ki, onlar həm də istəyirlər ki, Putin Azərbaycanı da işğal etsin. Onlar düşünür ki, SSRİ bərpa olunsa, haqq-ədalət də bərpa olunar. Onların fikri belədir: SSRİ zamanı heç olmasa məmurları qorxudurduq ki, “Moskvaya yazacam”. İndi kimə yazaq? Özlərindən özlərinə şikayət edək?

Buradan aldığım dərs nədir?

Hələ də SSRİ-nin həsrətini çəkən insanlarımız və vətəndaşlarımız var. Çünki, onlar SSRİ zamanı daha yaxşı yaşayırdılar, bərabərlik var idi, qorxu var idi, sosial təminat var idi, səhiyyə indikindən qat-qat daha yaxşı idi və ən əsası fəhlə və kəndliyə hörmət var idi. Sovet hökuməti fəhlə-kəndli hökuməti idi. Bu cür düşünənlər hər yanda var. Yalnız, yəqin ki, Pribaltika ölkələrindən başqa.

Səbəb isə odur ki, onlar SSRİ dövründən daha yaxşı indi yaşayırlar. Həm azadlıqları var, həm sosial təminatları, həm də gələcəyə inamları.

Azərbaycanda isə çox şey bərbaddır. İnsanların iradəsi heç nəyi həll etmir. Məhkəmə azad və müstəqil deyil. Sifarişlə hərəkət edir. Korrupsiya və rüşvət sovet dönəmində olduğundan qat-qat çoxdur. Gəlcəyə ümid yoxdur. İnam da yoxdur. Hakimiyyət kağız üzərində xalqa, əslində isə bir ovuc insana məxsusdur.

Bax buna görə də, insanlar Soveti – SSRİ-ni arzulayır. Demək ki, onlarda fərqli hiss yarada bilmədik.

Amma, mübarizə bitməyib. SSRİ, zəmmimcə daha böyük bəla idi və yaxşı ki, canımız qurtardı. Amma, YAP hakimiyyətini də siyasətini dəyişdirməyə vadar etmək və ya onlardan qurtarmaq lazımdır. Bu zaman, yəqin ki, insanların SSRİ arzusunu boğa bilərik. Bunu bacara biləcəyik. Ya gec, ya tez, bu baş verəcək.

 

Related Articles

Back to top button