AnalysisCorner articles

Şimali Koreya həqiqətləri – ölüm düşərgələri, bütləşmə və nəsilləmə cəza

kimBu gün Şimali Koreya haqqında yazacam. Buna məni vadar edən səbəb son zamanlar Azərbaycanın adının bu ölkə ilə bərabər çəkilməsi və Azərbaycanın siyasi bir partiyasının 8 yanvarda – Şimali Koreya lideri Kim Çen Un yoldaşa ad günündə təbrik məktubu ünvanlaması olub.
Allah Azərbaycanı betərindən qorusun. Buyurun oxuyun və Şimali Koreyanı daha yaxından tanıyın.

—————–

Şimali Koreyada yalnız hərbi və dövlət məmurlarına avtomobil sahibi olmağa icazə verilir.

******
Şimali Koreya imicini qorumaq üçün kasıb insanların şəklini çəkməyi qanunla qadağan edib.

***
Şimali Koreyada cəzalandırma nəsilləmə həyata keçirilir. Əgər kimsə qanunu pozubsa, o zaman özü və ailə üzvləri, atası və ailə üzvləri, babası və ailə üzvləri cəza və əmək düşərgələrinə göndərilir. Nəsilləmə. Hazırda orada 17 əmək düşərgəsi var  və hesab edilir ki, orada cəza çəkənlərin sayı 200,000 min nəfərdir. Bu düşərgələrdə həyat çox ağırdır və heç kimin qarnı doymur. Hətta, cibinə bir neçə qarğıdalı dənəsi atanı da edam edirlər.

***
Şimali Koreyada 3 televiziya var. Biri ancaq axşamlar, qalan ikisi isə həftə sonları fəaliyyət göstərir. Buna görə də koreyalılar DVD-lərə baxırlar. Hər kəsin DVD aparatı var. Ölkəyə Qərb filmlərinin və seriallarının bəzisi yol tapıb. Gizli xidmət onları aşkara çıxarmaq üçün kəndlərdə işıqları söndürür və evlərə soxulur. Onlar DVD-lərin içində işığın sönməsi nəticəsində donub qalmış DVD-ləri çıxarıb yoxlayırlar. Allah qorusun.

***
Şimali Koreya arxeoloqları iddia edirlər ki, tək buynuzlu atın yuvasını aşkar ediblər və o atın 2000 il yaşı var və Şimali Koreyanın əfsanəvi şahı Tongmyung onu minib çapıb.

***
Cənubi Koreya ilə sərhədə yaxın Kijong-dong adlı nümunəvi bir şəhər salınıb ki, Cənubi Koreyalıları cəlb etsinlər. Şəhər boşdur, heç kim yaşamır.

***
Paytaxt Pxenyanda Rungrado 1 may stadionu var və tutumu 150 min nəfərdir. Dünyanın ən böyük stadionudur. Kimə lazım? Heyf o puldan.
İncili oxuyan yerdə və ya porno izləyən zaman tutulsan, cəza ölüm hökmüdür.

***
Kim Jong-un keçən il əmisini öldürüb. Onu çılpaq şəkildə 120 ac itin olduğu qəfəsə atıblar. Sonra isə bütün səcərəsini öldürüblər.

***
Şimali Koreya hazırda 1968-ci ildən ABŞ-ın hərbi dəniz gəmisini hələ də girovluqda saxlayır.

***
Bu ölkədə marixuana qadağan edilməyib və ümumiyyətlə narkotika sayılmır.

***
Şimali Koreyalılar 2014-cü ilin Futbol Dünya Çempionatını 24 saat gecimkə ilə izləyiblər.

***
Son 60 ildə sərhədlərin elektrik toku və tikanlı məftillərlə qorunmasına baxmayaraq və demək olar ki, sərhədi keçməyin mümkünsüzlüyü şəraitində 23 min Şimali koreyalı Cənubi Koreyaya qaçıb. Cəmi 2 nəfər Cənubi koreyalı Şimali Koreyaya keçib.

***
Şimali Koreyalılar, adətən Çinə və Cənubi Koreyaya qaçırlar. Çinin rəsmi siyasəti onları geri göndərməkdir. Geri göndərilənlər ya öldürülür, ya da əmək düşərgələrinə göndərilir ki, bu da ölümə bərabərdir.

***
Cənubi Koreya qaçanları hər şeylə təmin edir və aylqı 800 ABŞ dolları müavinət verir. Çin hökuməti hesab edir ki, 200,000-dən çox koreyalı təpəlik və dağlarda gizlənirlər. Onlar da aclqı və susuluqdan ölürlər.

***
Hər kəs necə gəldi saçını qırxdıra bilməz. Hökumətin təsdiq etdiyi 28 növ stildən birini seçməlidir.

***
Şimali Koreyada cins geyinmək qadağandır.

***
Bu ölkə özünü kommunist ideyalarının daşıyıcısı saymır. Özləri yeni bir ideologiya kəşv ediblər: çuçxe.

***
Bu il yanvarın birindən Şimali Koreyada calendar ili Kim Yong Un-un babası olan Kim Yong Sen-in doğulduğu ildən hesablanır. İndi Şimali Koreyada 103-cü ildir.

***
Bu ölkədə savadlılıq dərəcəsi 99 %-dir (?????)
***
Ölkədə 25,554 km yol var və cəmi 724 km yol asfaltlanıb. Bu da 2.83 % edir.
***
Şimali Koreya dünyanın ən korripsioner ölkəsidir. Beynəlxalq Şəffaflıq təşkilatının 2014-cü ildə açıqlanan rəqəmlərinə görə o 178 ölkə arasında Somali ilə birlikdə 178-ci yeri bölüşür.
***
Kim Jong Çen-in, yəni indiki lider Kim Yong Un-un atasının illik Hennessy konyakına xərclədiyi məbləğ 1.2 milyon ABŞ dolları olub. Şimali Koreyalıların illik qazancı $1,000 və $2,000 arasındadır.  Bu təxminən koreyalıların illik qazancından 800 dəfə çoxdur.
O həmdə film həvəskarı olub. Onun 20 min video-kaseti olub. ən çox sevdiyi filmlər Rambo, Godzilla, “Friday the 13th,” və “The Eternal Bosom of Hot Love” filmləri olub.

***
Koreya müharibəsindən sonra doğulan Şimali Koreyalıların boyu Cənubi Koreyalıların boyundan 5 sm alçaqdır. Bu onunla izah olunur ki, 6 milyona yaxın Şimali Koreyalı aclıq səviyyəsindədir və uşaqların üçdə biri xroniki olaraq doymurlar və pis bəslənirlər.
***
Şimali Koreya ordusunun sayına görə dünyada 4-cüdür. Onun təxminən ordu sıralarında xidmət edən 1.190 milyon əsgər və zabiti var. Müqayisə üçün ABŞ-ın xidməti ordusu 1.369 milyon nəfərdir.
***
Dünyanın ən varlı adamı Carlos Slim Helú-dur. Onun xalis sərvəti 79.9 milyard dollardır. Şimali Koreyanın ümumdaxili məhsulu 40 milyard cıvarındadır. Qətər dövlətinin adam başına düşən illik gəliri dünyada ən böyüyüdür. 102,100 ABŞ dolları. Şimali Koreyanın isə 1,800 ABŞ dollarıdır.

Digər Maraqlı faktlar

– 1962-ci ildə bir Amerika əsgəri Şimali Koreyaya qaçıb və hələ də orada yaşayır.
– Şimali Koreyanın indiki lideirnin babası Kim Sen İr Titanik gəmisi batan gün dünyaya gəlib.
– Kim Sen İr 1974-cü ildə İsçevdən 1000 ədəd Volvo sedan avtomobili alaraq Koreyaya gətirib və pulunu ödəməkdən imtina edib.
– Şimali Koreya özünün kompüter əməliyyat sistemini yaradıb və adı Red Star OS-dur.
– Şimali Koreyanın kosmik agentliyi “NADA” adlanır, İspan dilində bu “heç nə” deməkdir.
– Şimali Koreyada hər 5 ildən bir seçki keçirilir və səsvermə bülletenində bir nəfərin adı olur.
– Şimali Koreyada demək olar ki, işıqforlar yoxdur. Yolu polislər tənzimləyir.

Related Articles

Back to top button