Azərbaycana sanksiya tətbiq ediləcəkmi? – Təhlil
Türkiyənin Can Erzincan TV” kanalında yayımlanan “Azərbaycan saatı” proqramı yanvarın 11-i buraxılışında Avropa Birliyi və ABŞ-ın insan haqlarını pozan 31 Azərbaycan məmuruna sanksiya tətbiq etdiyi bildirilib.
Azərbaycan Avropa standartlarından çox uzaqdır. Son iki ildə apardığı siyasət isə artıq onun dostlarını da çətin duruma salıb. Dostları belə Azərbaycan iqtidarını müdafiə etmək üçün söz tapmırlar. Çünki, hər şey çox çilpaqlaşıb.
Azərbaycan iqtidarı son illərdəki siyasətini payız ayından çıxara bilmir. Gözü kölgələyən bütün yarpaqlar tökülüb və payızın oğlan çağına qədəm qoyub. Yarpaqsız filansız. Heç nəyi gizlədə bilmirlər. Əslində, bizim də işimiz asanlaşıb. Daha heç kimə uzun-uzadı Azərbaycanı izah etməyə ehtiyac yoxdur. Hər kəs hər şeyi bilir.
Bununla bərabər, ABŞ və Avropa Birliyi dünyada az-az ölkələrə tanıdığı sərbəstliyi Azərbaycana tanıyıb. Onun beynəlxalq öhdəliklərini necə pozduğunu müşahidə edib və sərt tədbirlər görməkdən çəkinib. Çünki, onlar Azərbaycan iqtidarının davranışlarını bir gün dəyişəcəyinə həmişə inanmaq istəyiblər. Digər tərəfdən, Azərbaycanın yerləşdiyi geo-strateji məkan da onları düşünməyə vadar edib.
Bir yandan İranla Azərbaycanın sərhədləri bölüşməsi, digər yandan Rusiyanın Azərbaycanla bağlı xüsusi yanaşmasının olması. Bu yanaşmaya Dağlıq-Qarabağ münaqişəsi və enerji resursları daxildir. Artıq İranla ABŞ və Avropa Birliyinin münasibətləri yaxşılaşmağa doğru gedir. Buna görə də Azərbaycanın “sendviç” kimi sıxılması təhlükəsi aradan qalxır. Digər tərəfdən, ABŞ və Avropa Birliyinin Rusiyanın xətrinə dəyməmək siyasəti də aradan qalxıb. Bir çox hallarda, onlar Rusiyanın kaprizlərinə uyğun olaraq Azərbaycan iqtidarına ciddi təpgi göstərmirdilər və bir çox məsələləri Rusiya ilə məsləhətləşirdilər. Bu narahatlıq da aradan qalxıb.
ABŞ və Avropa Birliyi sanksiya tətbiq edəcəkmi? Yayılan məlumat nə qədər həqiqəti əks etdirir?
Bu həqiqətdir. hələ ki, gözləyən həqiqət. Bu vəziyyəti yoxlamaq üçün “Azərbaycan saatı” mənbənin özündən sızdırılan məlumatdır. Bu bir xəbərdarlıqdır. Çünki, hakimiyyət əminlik ifadə edir ki, sanksiyalar ola bilməz. Bu məlumatla isə deyilir. Xeyr, olar və dəyəşməsəniz olacaq. Həm də bu birnci dalğadır. İkinci dalğada daha çox məmurun adı salınacaq. Digər tərəfdən, bu baş versə, Birinci Avropa Olimpiya Oyunlarına da Avropa dövlətlərinin yüksək çinli məmurlarının gəlişi əngəllənəcək. bu xəbərin yayılması ciddi xəbərdarlıqdır.
Bu xəbərdarlıqdan nəticə çıxarılmasa, Azərbaycan sanksiya ilə üzləşə bilər.