AnalysisCorner articlesStatements

Angela Merkel, David Cameron və Fransua Olland Kim Çen In ilə birlikdə əl sallayırlar

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri

Həmişə düşünürdüm və bu gün də inanmaq istəyirəm ki, Rusiya sanksiyalara görə geri çəkilmək məcburiyyətində qalacaq. Amma, cənab Putin bunun üçün hələ ki, əsas verməməkdədir. Əksinə, siyasi oyunlar daha da qızışır.

Başlayaq Osvensim ölüm düşərgəsindən. 27 yanvarda bütün Avropa Osvensimə gələrək qurbanları yad edəcəklər. Amma, deyəsən Putin getməyəcək. Xarici mətbuatdan oxuduğuma görə o həmin vaxt Çexiyaya getmək və Terezienştadt həbs düşərgəsini ziyarət etmək fikrindədir. Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə, 1941-ci ildə

gestapo həbsxanası bazasında yaradılan Nasist həbs düşərgəsində 140 min əsir olub. 33 mini ölüb, 88 mini Osvensim və digər ölüm və əmək düşərgələrinə göndərilib. 9 may 1945-ci ildə Sovet ordusu tərəfindən azad edilib.

Burada maraqlı cəhət nədir?

Putin Avropa Birliyi dövlətləri arasına şübhə və inamsızlıq toxumu səpir. Artıq Çexiyanın prezidenti Miloş Zeman Rusiyaya qarşı sanksiyalara etiraz edir və Putinin tərəfini saxlayır. Eyni münasibət və daha artığını Məcarıstanın baş naziri Viktor Orban sərgiləyir. O, demək olar ki, Putini dəstəkləyir. Bundan başqa, Putin artıq digər Avropa Birlyi dövlətlərinin də kürkünə birə salıb. Avropa Birliyinin ən güclü iqtisadiyyatlarından biri olan Fransa da Rusiyaya qarşı sanksiyaları yumşaltmaq istəyindədir. Putinin təbliğatı belə gedir ki, Avropa dövlətləri Almaniya və Böyük Britaniyanın əsarətindən xilas olmalıdırlar.

Qayıdaq Osvensimə. 1945-ci il yanvarın 27-də Sovet Ordusu Osvensim ölüm düşərgəsini azad edib. Məhz, Sovet ordusu. Görünən budur ki, Polşa Putini dəvət etmək istəmir. Çünki, dəvət etsə, o Avropa liderləri ilə birlikdə oturacaq, görüşəcək və danışmalı olacaq. Ən güclü söz də ona məxsus olacaq. Onun təmsil etdiyi imperiya, məhz xilaskar olub.

Osvensim ölüm düşərgəsi II Dünya Müharibəsi zamanı nasist Almaniyası tərəfindən Polşada qurulmuşdu. Ocvensim ölüm düşərgəsi müharibə dövrünün bu qəbildən olan ən irimiqyaslı düşərgələrindən biri olmuşdur. Düşərgədə 100 minlərlə polşalı və bir sıra Avropa ölkələrindən gətirilmiş yəhudilər əsirlikdə saxlanılırdı. Əsirlərin çoxu qaz kameralarında öldürülmüşdü. Sovet Ordusu Osvensim düşərgəsini azad edəndə orada cəmi bir nəçə min əsir olub.

Bəs, bu hadisələr bizə nə vəd edir?

Avropa Birliyi ilə Rusiya arasında vəziyyət daha da dərinləşə bilər. Bundan əlavə, Rusiya əməkdaşlıq qütbü və vektorunu dəyişir. Putin üzünü Şərqə çevirib və Asiya ölkələri ilə daha yaxından əməkdaşlıqda maraqlıdır. Putin Avropada itirdiklərini Asiya ilə kompensasiya etmək niyyətindədir. Çin və Hindistan ilə bağladığı müqavilələr buna misaldır. Bu ayrılığın siyasi tərəflərini də Putin Avropa üçün daha ağır etmək istəyir.

9 mayda Qələbə günü qeyd ediləcək və bunu cənab Putin xüsusi canfəşanlıqla etmək istəyindədir. ola bilsin ki, Avropa liderləri də Moskvaya gəlməyəcəklər. Çünki, Putin Şimali Koreya lideri Kim Çen In-ı Qələbə gününə dəvət etmək istəyir. Təsəvvür edək ki, Angela Merkel, David Cameron və Fransua Olland Kim Çen In ilə birlikdə dayanıb parada baxanlara əl sallayırlar. Allah bizi belə gündən qorusun. Həmin gün kommunistlər Azərbaycanda çevriliş edərlər.

Avropa Birliyi və Rusiya arasında uçurum dərinləşir. Uçuruma kim düşəcək, onu bilmirik. Təbii ki, uçuruma indiki zamanda heç kim düşmür. Hər kəsin asılacağı bir paraşüt var. Amma, əzilmək və sınmaq ehtimalı böyükdür.

Bu arada qeyd edək ki, Rusiyada “Anti-Maydan” hərəkatı yaradılıb. Missiyaları Rusiyada Maydan törətmək istəyənləri öldürməkdir. Uçurum gözlədiyimzidən də sürətli yaranmaqdadır.

Related Articles

Back to top button