Kim “ulamaq”, “anqırmaq”, “kişnəmək”, “hürmək” istəyirsə, getsin başını divara vursun
Dünən və bu gün şəhərərin lap mərkəzində (Baksovet və 28 may ərazisində) sürücü mədəniyyətsizliyi və cahilliyinin şahidi oldum. Əslində isə, artıq düşünməyə başlamışdım ki, şəhərdə uzun-uzadı və vəhşicəsinə siqnal verən sürücülərin sayı azalıb. Amma, gördüklərim məni dəhşətə gətirdi. Bəzən 40 -50 saniyə ərzində əlini siqnaldan çəkməyən mədəniyyətsiz sürücülər var.
Bağışlasınlar məni, dilimdən bu cür kəlmələr eşitməyən dostlar! Bu vəhşilikdir, mədəniyyətsizlikdir, cahillikdir, görməmişlikdir, qanmazlıqdır və həçm də bədbəxtlikdir.
Biz niyə bu vəhşilərin sayəsində əsbləşməliyik, əsəblərimiz pozulmalıdır?
Artıq lazımsız yerə siqnal vermək bizdə də inzibati xəta hesab edilir. Amma, bu cür cəzalandırılan sürücü olubmu? Şəhərin düz mərkzəzində bu cür mədəniyyətsiliyin nümayişinə şəhər rəhbərliyi niyə göz yumur? Bu necə şəhərdir, bu necə rəhbərlidkir?
Bildiyimə görə bir sıra ölkələrdə siqnal vermək cinayət əməli hesab edilir. Bir sıra ölkələrdə böyük məbləğdə cərimə tətbiq edilir. Nyu-Yorkda siqnal $350 cərimə ilə cəzalandırılır. Azərbaycanda bu ilə edilən dəyişikliyə görə cərimə 30 manatdır. Razıyam ki, buna görə cərimə 500 AZN qədər artırılsın.
Oxuculardan üzr istəyirəm, amma kim “ulamaq”, “anqırmaq”, “kişnəmək”, “hürmək” istəyirsə, getsin başını divara vursun.
Avtomobillərin yersiz “qışqırtıları”, “ulaması”, “kişnərtiləri”, “hürüşmələri”, “anqırmaları” əsəblərimizi korlayır, bu cür zəhlə tökənləri şiddətlə qınayaq!
Bu işə tezliklə əncam çəkilməlidir!