Meetings
Polşa səfirliyində nələri müzakirə etdim?
5 fevral 2015.
Polşa səfirliyində görüş keçirdim. Səfir əvəzi Andrzej Kneifel ilə görüşüb ona ölkədəki ictimai-siyasi vəziyyət barədə məlumat verdim və Azərbaycanın demokratik qüvvələrinin Azərbaycan hakimiyyətinin Şərq Tərəfaşlığı çərçivəsində Assosiasiya Sazişi ilə bağlı apardığı yubatma və imtina siyasətini bəyənmədiklərini səfirin nəzərinə çatdırdım.
Bununla bərabər, həbs edilən onlarla vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, siyasətçilər, bloger və jurnalistlərin həbsi ətrafında, o cümlədən bir sıra digər siyasi və ictimai əhəmiyyət daşıyan məsələlər ətrafında da fikir mübadiləsi apardıq.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələləri də müzakirə etdik.