AnalysisStatements

CHP ideoloji mübarizədən kənara çıxıb

PAZAR'DA MITINGTürkiyədə 7 iyunda keçiriləcək Parlament seçkisinə dair fikirlərim.

Təkcə CHP sədri yox, digər partiya rəhbərləri də çıxışlarında və kütləni ələ almaqda Ərdoğandan kifayət qədər geri qalırlar. Amma baş nazir Əhməd Davudoğlu ilə müqayisədə CHP lideri Kamal Kılıçdaroğlu daha güclü və məntiqli görünür.

Fikrimcə, Kılıçdaroğlu baş nazirdən daha pafoslu danışır. Əvvəlki seçkilərdə AKP ilə CHP arasında ideoloji mübarizə gedirdi. Amma bu il CHP ideoloji mübarizədən kənara çıxıb. Demək olar ki, daha çox iqtisadi məsələlər üzərində fokuslaşıb. CXP hakimiyyətə gələcəyi təqdirdə dəyəri 200 milyard dollara yaxın olan yeni iqtisadi şəhərin salınmasını planlaşdırır.

Kılıçdaroğlu 4-5 milyon iş yeri açılacağını vəd edir. Artıq bu genişmiqyaslı proyekt hakim partiyanı ciddi şəkildə narahat etməyə başlayıb. Hətta baş nazir Davudoğlu iddia edib ki, o, hələ 2000-ci ildə, “Strateji dərinlik” kitabında sözügedən layihədən söz açıb. Hesab edirəm ki, hazırda CHP iqtisadi sahədə AKP-ni üstələyib. Fikrimcə, iyunun 7-də baş tutacaq seçkilərdə sürprizlər olacaq. Çünki CHP öz siyasi tarixində ən güclü seçki kampaniyasını aparır. Fikir verirsinizsə, AKP bütün gücü ilə çalışır ki, CHP-ni keçmiş ideoloji mübarizəyə qaytarsın, amma buna nail ola bilmir”.

Kılıçdaroğlu Dəniz Baykaldan güclü siyasətçi deyil. Əslində Baykalı da güclü lider hesab etmək olmaz. Amma Kılıçdaroğlunun parlament seçkilərində sürprizlər edəcəyi istisna edilmir: CHP sədri öz potensialını ortaya qoyur. O artıq anlayır ki, siyasəti ancaq tənqid üzərində qurmaq olmaz. Seçicilər tənqid yox, konkret layihələr, proqramlar görmək istəyirlər. İndi Kılıçdaroğlu ciddi proqramlar ortaya qoyub.

Amma hesab edirəm ki, bu proqramlar CHP-nin daxili işi deyil. Çox güman ki, xaricdən cəlb olunmuş imicmeykerlər Kılıçdaroğlunun proqramları üzərində işləyirlər. Hətta eşitdiyimə görə, Kılıçdaroğlu Barak Obamanın seçkisini təşkil etmiş komanda ilə işləyir.

Related Articles

Back to top button