Statements

Məhbsuların azad edilməsi üçün siyasi qüvvələrlə əməkdaşlığa hazırıq

Siyasi mənsubiyyətindən, hansı partiyaya, təşkilata üzv olmasından, ideoloji xəttindən, bizə münasibətinin pis və ya yaxşı olmasından asılı olmayaraq bütün siyasi yöndə yozulan həbslərə qarşıyıq. Hüseyn Məlikin də həbsi bizi narahat edir və onun tezliklə azadlığa çıxmasını istəyirik.

Hüseyn Məlik

Kimliyindən asılı olmayaraq hər kəs qanunlar çərçivəsində (qanunlar hər kəsə şamil olunmasa belə) fəaliyyət göstərməli, sözünə, fikrinə düzəliş etməli və sivil qaydalar çərçivəsində mübarizə aparmalıdır. Bu nə qədər çətin olsa belə.

Ümid edirəm ki, Hüseyn Məlik tezliklə günahsızlığını sübut edib azad olunacaq. Düşünmürəm ki, o ictimai əsayiş üçün təhlükə törədir. Ümumiyyətlə, siyasətçilərə qarşı hakimiyyəti daha həssas və səbrli yanaşmağa dəvət edirəm.

Bütün siyasi yöndə adlandırılan şəxslərin azadlığa buraxılmasına nail olmaq üçün digər siyasi qüvvələrlə əməkdaşlığa və addımlar atmağa hazırıq.

Related Articles

Back to top button