Statements

Dağlıq-Qarabağın işğaldan azadlığı naminə KTMT-yə üzvlük

Dağlıq-Qarabağın azadlığı naminə Azərbaycanın KTMT-yə qoşulmasına müsbət yanaşıram. Bir neçə dəfə demişəm, yenə də təkrar etmək istəyirəm ki, KTMT-yə üzv dövlətlər kifayət qədər müstəqil siyasət yeridirlər və Rusiyadan asılılıqları yoxdur. Əksinə, onlar Rusiyanın təşəbbüsü ilə yaradılan təşkilatlara üzv olmaqla kifayət qədər iqtisadi, siyasi güzəştlər və üstünlüklər əldə ediblər. Kim deyə bilər ki, Qazaxıstan, Belarus müstəqil deyil, onlar Rusiyanın vassallarıdır? Hazırda həmin ölkələrdə iqtisadi və siyasi mühit daha əlverişlidir, məhsullarını nəhəng Rusiya bazarında sərbəst sata bilirlər, vətəndaşları Rusiyanın yaratdığı iş imkanlarından da istifadə edirlər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Dağlıq-Qarabağın işğaldan azadlığı naminə üzvlük, Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Belarus

Ölkəmizin Qarabağın işğaldan azad edilməsi müqabilində bu quruma qoşulması təhlükəli deyil və buna görə də belə təşəbbüslər qarşı nəinki çıxmaq fikrimiz yoxdur, əksinə bu məsələnin ölkəmiz tərəfindən də intensiv müzakirə olunmasını istərdik. Təşəbbüs birtərəfli yox, Azərbaycan tərəfindən də gündəmə gətirilməlidir. Onsuz da ölkəmizin Ermənistan xaric bu quruma daxil olan üzv ölkələrin hamısı ilə dostluq münasibəti var. Azərbaycanın KTMT-də olması Ermənistanı hər toplantıda gözümçıxdıya salacaq, ona təzyqləri gücləndirəcək.

Bir çox siyasətçilər düşünür ki, Rusiyaya yaxınlaşmaqdansa, Avropaya, Qərb dünyasına inteqrasiya edək. Biz də bunu istəyir və arzu edirik. Siyasi iqtidar isə bunu istəmir, öz şərtlərini irəli sürür və Avropa tərəfi də bunu qəbul etmir. Ölkəmiz, vətəndaşlarımız əziyyət çəkir. Unutmayaq ki, 3 milyona yaxın vətəndaşımız Rusiyada yaşayır və biz onları da düşünməliyik. Digər tərəfdən isə, bizim Avropaya yolumuzu da heç kim bağlamır. Mütləq şəkildə Avopa ailəsinin bir üzvü olmaq üçün əlimizdən gələni edəcəyik.

Related Articles

Back to top button