Interviews

Politoloq: “Fransa ATƏT-in həmsədrliyindən kənarlaşdırılmalıdır”

Razi NurullayevSarkozinin Azərbaycana səfəri bir daha sübut etdi ki, bu ölkə ATƏT-in həmsədrliyindən kənarlaşdırılmalıdır.

Bu fikirləri Gün.Az-a politoloq Razi Nurullayev Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Sarkozi səfər boyu nəinki Dağlıq Qarabağ haqqında danışmadı, ümumiyyətlə, özünü çox narahat apardı.

“Əvəzində isə Ermənistanda “Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu” gözəl başa düşdüyünü dedi. Bütün bunlar ATƏT həmsədri olaraq vasitəçilik missiyası ilə uzlaşmayan hərəkətlərdir”.

Politoloq xatırladır ki, istənilən münaqişənin həllində vasitəçilər bitərəf olmalıdırlar. Və ya ən azı özlərini elə aparmalıdırlar.

“Burda isə Sarkozi Ermənistana isti münasibətini və ən əsası isə münaqişənin həllində Ermənistanın tərəfində durduğunu gizlətmədi. Hesab edirəm ki, Azərbaycan bundan nəticə çıxarmalı, Fransanın vasitəçiliyinin Avropa İttifaqı ilə əvəzlənməsi tələbi ilə çıxış etməlidir”.

Qızılgül Abdinova
Gün.Az   

URL: http://www.gun.az/politics/16784

Related Articles

Back to top button