ArticlesCorner articlesStatements

Dialoq üçün hakimiyyət girov götürdüyü dostlarımızı həbsdən azad etməlidir

Razi Nurullayev, founder and senior expert with “Region” International Analytical Centre (RIAC)
Razi Nurullayev, founder and senior expert with “Region” International Analytical Centre (RIAC)

20 dekabr 2014

Jurnalist dostlarımız dialoq haqqında çox sual verirlər. Dünən dostlardan birinin sualına verdiyim cavabı burada da yayımlayıram:

Keçirilən toplantı dialoq yox, görüş idi. Bundan sonra necə davam etmək, o partiyaların öz işidir. AXCP heç bir dialoqda iştirak etmir və gündəmimizdə dialoq məsələsi yoxdur. Lakin, biz hər zaman dialoq tərəfdarı olmuşuq. Amma, onun baş tutması üçün ortada ciddi razılaşmalar və şərtlər olmalıdır.

Dialoqun baş tutması üçün hakimiyyət girov götürdüyü dostlarımızı həbsdən azad etməli, siyasi partiyalara basqıları dayandırmalı, 2015-ci ilin Parlament seçkilərini azad və ədalətli keçirmək üçün iradəsini açıqlamalı və bununla bərabər, MSK-nın paritet əsaslarla qurulması üçün lazımi hüquqi addımları atmaq üçün hərəkətə keçməli və Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaq üçün siyasi iradə ortaya qoymalıdır.

Bu halda, AXCP və Milli Şura güman edirəm ki, dialoqa qatılmaq barədə müzakirə apara bilər. Əks halda, nə AXCP, nə də Milli Şura, zənnimcə heç bir pərdələnmiş dialoq şousunda iştirak etmək niyyətində deyil. Dialoqun predmeti olmalıdır. Amma, bu predmet girovların azadlığa buraxılması ola bilməz. Biz elə dialoqun tərəfdarı ola bilərik ki, gələcəkdə bu cür girovların götürülməsi üçün hüquqi və siyasi baza olmasın.

Cəmiyyət tam azad və demokratik olmalıdır. Dialoq, bu çərçivədə keçirilə bilər.

Related Articles

Back to top button