Corner articles

2014 nə ilə yadda qaldı

Designs-for-Kids.-Happy-New-Year-2014-n-331 dekabr 2014.

2014 nə ilə yadda qaldı:

_ Suriyada on minlərlə insan ölməkdə davam etdi. Bəşər Əsəd özünü yenidən prezident seçdi.
_ Suriya üzrə bütün sülh danışıqları, o cümlədən Cenevrə konfransı uğursuzluğa düçar oldu.
_ İran altılıq ölkələri ilə nüvə proqramının dayandırılması üzrə müəyyən irəliləyiş əldə etdi. İran üzərindən bir sıra sanksiyalar aradan qalxdı.
_ Azərbaycan Avropa Birliyi ilə Assosiasiya sazişini imzalamaqdan imtina etdi, Rusiya ilə daha da yaxınlaşdı. İnsan hüquqları və demokratiya sahəsində vəziyyət daha da pisləşdi. Onlarla QHT rəhbəri və siyasi fəallar həbs edildi. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik etdiyi müddətdə vəziyyət mənfiyə doğru dəyişdi. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti məhdudlaşdırıldı. Qanunlar sərtləşdi. Ölkənin demokratik inkişafı ciddi zərbə aldı.
_ İslam dövləti kimi qəddar bir qrup üzə çıxdı. Dünyanın düzənini dəyişə biləcək yeni təhlükəli bir dini qurum. Dünya 14 əsr bundan öncə əməl edilən baş kəsmənin şahidinə çevrildi. Təhlükəni özümüz ilə 2015-ci ilə daşıyırıq.
_ Rusiya Ukraynanın ərazisini işğal etdi. Krım Rusiyaya birləşdirildi. Ukrayna Avropaya inteqrasiya və demokratiya yolunu seçdi.
_ Rusiyaya Qərb sanksiya tətbiq etdi. Soyuq müharibə dönəminə geri döndük. Rusiya ciddi iqtisadi çətinliklərlə üz-üzə qalıb.

Related Articles

Back to top button