Corner articles

Rusiyada iqtisadi vəziyyət çətinləşir, həmvətənlərimiz də əziyyət çəkir

putin_2846194b3 yanvar 2015.

Rusiyada iqtisadi vəziyyət çətinləşir deyə həmvətənlərimiz də əziyyət çəkir. Rusiyanın maliyyə naziri Siluanov deyir ki, ümumdaxili məhsul 4 faiz azalacaq. Bu rəsmi etirafdırsa, bunu vuraq 2-yə. 8 faiz azalma.

Dünən bir dostumla danışdım. Qorxa-qorxa danışdı. Deyir ki, vəziyyət kritik həddə çatıb. Mən hiss etdim ki, qorxu da var. Belə çıxır ki, həmvətənlərimiz geri qayıtmağa hazırlaşır.

ABŞ da neft ixracatına olan embarqonu qaldırdı. Artıq Amerika da neft ixrac edəcək. Bu neftin qiymətinin azalmasına gətirib çıxara bilər. Neft üzərində hegemonluq siyasəti quran bütün qeyri-demokratik ölkələr üçün çətin zamanlar başlayır.

Azərbaycan da xali deyil. Üstəlik, Rusiyadan da geriyə axın başlayacaq. Ən çox axın Azərbaycanla yanaşı Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistana olacaq.

Bu ölkələrdə sosial vəziyyəti kəskinləşdirəcək. 2015-ci il Parlament seçkiləri dəyişiklik həyata keçirməyə bizim üçün də ciddi sınaq ilidir. Görək xalqı səfərbər edə biləcəyikmi? Onları dəyişiklik üçün ciddi şərait yarandığına inandıra və inamlarını qaytara biləcəyikmi?

Related Articles

Back to top button