Statements

Onlar üçün vacib biznes və puldur

Biznesmenlərin, oliqarxların hakimiyyətə gəlməsinə hər zaman fəlakət kimi yanaşmışam. Çünki, onlar Madaqaskar cizgi filmində ac qalan şir Aleks kimi dostu zürafəni qızarmış toyuq tabakası kimi görürlər. İş adamları pul acıdır. Siyasətdə isə pul vacibdir, amma hər şey demək deyil. Siyasətçilər adətən vətənpərvər və torpağa bağlı olurlar. Oliqarxlar üçünsə, bir qayda olaraq vətənin sərhədi olmur.

Bakıda Tramp qülləsi, hoteli, Ziya Məmmədov və ya Anar Məmmədovun əllərindən alınan obyektləri

Təbii ki, böyük sayda istisnalar da var, mən ümumiləşmiş obraz barədə danışdım. Mən cənab Donald Trampın ikinci dəfə seçiləcəyinə çox da inanmıram, seçilsə belə, görünən odur ki, dünya liderləri onun dünya düzəni ilə bağlı atdığı addımları çox da dəstəkləmirlər. Ukrayna prezidentinin reytinqi çox aşağıdır. Gürcüstanın keçmiş baş naziri və milyarder İvanişviliyə münasibət çox dəyişib, amma o ağıllı hərəkət edərək siyasətdən vaxtında getdi və gizli əl kimi idarə etməyə başladı.

Doğurdan da eyni adam həm siyasətçi, həm də biznesmen olanda ölkə xaosa çevrilir. Deməliyəm ki, Azərbaycanda da bu proses çox güclü inkişaf etdi və 2015-ci ilə kimi də etməkdə idi. Proses bir az səngidi və bu ildən isə demək olar ki, dayanmağa doğru gedir. Nazirlər hamısı oliqarx biznesmenlər idi, deputatların yarısı oliqarx.

Amma, vətəni, torpağı və dövlət atributlarını qorumaq məqamı gələndə onlar yox idi və təbii ki, olmayacaqlar da. Onlar üçün vacib biznes və puldur. Onun üçün də siyəsətlə siyasətçilər məşğul olsun, biznesmenlər və oliqarxlar isə sevdikləri peşə ilə – pul qazanmaqla məşğul olsunlar. Əfsuslar ki, Azərbaycanda bu çox zaman da halal pullar olmur…

Related Articles

Back to top button