Statements

Azərbaycanı quberniyalara bölmək olmaz

Son zamanlar Azərbaycanın inzibati ərazilərə, quberniyalara bölünməsi ilə bağlı müzakirələr gedir, təkliflər verilir. Əziz dostlar, Azərbaycanı quberniyalara bölmək olmaz, inzibati ərazi vahidlərinə görə böyük əraziləri birləşdirmək olmaz. Bunun yaratdığı siyasi fəsadların qarşısında kim dayanacaq? Gəncə timsalında Nizami və Kəpəz rayonlarının ləğvi tamamən iqtisadi, sosial və idarəetmə məsələsidir.


Ölkənin quberniyalara bölünməsi isə iqtisadi və sosial komponentləri olsa da tam olaraq siyasi məsələdir. Mən ölkənin bu şəkildə siyasi bölgüsünə qarşıyam. İdarəetməni təkmilləşdirmək və büdcə yükünü azlatmaq üçün bəzi rayonları təmərküzləşdirmək mümkündür. amma ölkəni inzibati ərazilər üzrə bölmək olmaz və son!

Related Articles

Back to top button