Dağlıq-Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur
Ermənistanın baş naziri Nikol Paşinyan özünü ağıllı və inqilabçı hesab edir, hələ özünü tarix müəllimi kimi də sınayır. Ölkə Prezidenti cənab İlham Əliyev ona tutarlı cavab verdi. İndi bizim tarixçilər aydın, səlis və tarixi faktlara söykənərək ona tarixin əlifbasını öyrətməlidirlər. Ümumiyyətlə, tarixi həqiqətlər kiçik videolar şəklində müxtəlif dillərdə hazırlanıb yayılarsa, ciddi effekt verə bilər.
Dünən, prezidentin çox qısa bir video-süjeti yüz minlərlə dəfə paylaşıldı, bütün dünyaya yayıldı. İndiki dövrdə müharibələr birinci informasiya sahəsində qazanılır, sonra isə döyüş meydanlarında.
Dağlıq-Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur. Ölkə başçısına dəstək və ruh vermək vacibdir! Prezident bu məsələdə 10 milyon əhalinin hər birinin dəstəyini hiss etməlidir.