Mübariz Mənsimov gözəl vətəndaş, vətənpərvər insandır. Ona qarşı birləşənlər…
Mübariz Mənsimov gözəl bir vətəndaş, vətənpərvər bir insandır. Ona qarşı birləşənlər, şər-böhtan atanlar düzgün yolda deyillər. Guya ki, Mübariz Mənsimov hakimiyyətə qarşı çıxırdı şaiyələrini yayırlar və guya ki, sifariş Bakıdan gedib. Bu yalanları yaymayın. O, həmişə Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya qarşı bir söz deməyib, əksinə onları müdafiə etmək, qorumaq və xalqın narahatlıqlarını çatdırmaq üçün çalışıb. O, ölkəsini, vətənini və dövlətinin atributlarını sevib.
Bu gün Prezident İlham Əliyev də narazılıqlarını dilə gətirir, xalqın yanında dayanır və xalqla birlikdə hərəkət edir. Mehriban xanım Əliyeva geniş ürəkli, xeyirxah bir ana, effektiv idarəçi və bacarıqlı dövlət xadimidir.
Mən müxalifət düşüncəli olsam da, kəskin tənqidlər etsəm də, hər şeyi qara görməyin tərəfdarı deyiləm. Bu gün Prezident və Mehriban xanım xalqın yanındadır. Mübariz Mənsimov da bu xalqın oğludur və ürəyi vətəni ilə döyünür. O, bu gün də dövlətçiliyinin yanındadır.
Mübariz Mənsimova qarşı diş qıcıyanlar bilin ki, bu cür davranışlarınız dövlətə qarşıdır. Prezident və Birinci vitse-Prezident hər bir vətənpərvər oğluna sahib çıxıb və çıxacaq.
Mübariz Mənsimov Ermənistana qarşı ən kəskin mövqedə dayanıb və Prezident İlham Əliyevin ən kəskin çıxışlarını bəyənib, təqdir edib. O, bu ölkənin dostu, qardaşı olub və olmaqda davam edir.
Çox təəssüf edirəm ki, bu cür vətənpərvər oğul həbsdə yatır. İnşallah, o azad olunacaq, dostlarının yanına dönəcək və vətəninə, dövlətçiliyinə xidmətini davam etdirəcək.
Qardaş Türkiyənin də bu məsələdə daha ədalətli mövqe tutacağına inanır və tezliklə Mübariz qardaşımızı azadlıqda görməkdə israrlıyıq!
RaziNurullayev, Milli Məclisin deputatı, Parlamentin İnsan Hüquqları komitəsinin üzvü, Azərbaycan-Finlandiya parlamentlərarası dostluq qrupunun rəhbəri