Interviews

Misirdə baş verən hadisələr hakimiyyətin nəzarətindən cıxacaq

Razi Nurullayev

Razi Nurullayev: “Misirdə baş verən hadisələr yaxın vaxtlarda hakimiyyətin nəzarətindən cıxacaq”

Misirdə prezident Hüsnü Mabərəkıin həyata kemirdiyi siyasətə etiraz edənlər üsyana qalxıb. Etirazçılar sosial əsalətsizlik və insan hüquqlarının məhdudlaşdırılmasına qarşı çıxaraq küçələrə axışıb. Ciddi qarşıdurma nəticəsində həyatını itirənlər də var. Məsələyə münasibət bildirəın politoloq Razi Nurullayev baş verən hadisələrə seçkilərin demokratik keçirilməməsinin əsas verdiyini deyib. Onun sözlərinə görə, Misirdə baş verən hadisələr yaxın vaxtlarda hakimiyyətin nəzarətindən cıxacaq: “Misirdə keçirilən seçkilərdə kütləvi saxtalkarlıqla prezident Hüsnü Mübarəkin partiyasının qələbəsi qeyri-stabil situasiyanı bir az da gərginləşdirmişdi. Artıq Tunisdə baş verən hadisələri də bunu üstünə gələndə Misirdəki hadisələrin hakimiyyətin nəzarətindən çıxacağını söyləmək olar. Çünki eyni hadisələr həm Əlzacairdə, Yəməndə də başlamağa doğru gedir. Tunisdə baş verən hadisədən ruhlanan müxalifətlər diktator rejimləri devirməyə çalışırlar”. Politoloq Misirdə baş verən hadisələrdə xarici qüvvələrin rolu olduğunu deyib. Onun sözlərinə görə ABŞ Dövlət Deportamenti də Misirdə baş verənlərlə başlı açıqladığı bəyanatında Misir müxalifətini dəstəkləyib. Bu isə bir daha göstərir ki, Tunis istisna olmaqla bundan sonrakı belə proseslərdə ABŞ və Avropa Dövlətlərinin rolu olacaq.

Related Articles

Back to top button