Interviews

“Rusiya Ermənistanda hərbi potensialını gücləndirməklə həm Azərbaycanı, həm Gürcüstanı, həm də Türkiyəni bölgədə nəzarət altında saxlamaq istəyir”

Razi Nurullayev: “Bu müqavilə Qarabağ üçün o qədər də böyük təhlükə yaratmır”

“Rusiya ilə Ermənistan arasında imzalanan müqavilə nəinki Azərbaycan üçün, eyni zamanda region üçün təhlükə daşıyır”.
Bunu “OLAYLAR”a açıqlamasında politoloq Razi Nurullayev bildirib. Onun sözlərinə görə, müqavilə sırf Azərbaycanı qorxutmaq, ona təsir göstərmək , təzyiq altında saxlamaq üçün deyil. Bu Rusiyanın dövlət siyasətindən irəli gəlir: “Bu birbaşa olaraq Azərbaycana yönəlik addım deyil. Sadəcə olaraq Ermənistanla hərbi münasibətlərin genişləndirilməsi, Ermənistanı forpost olaraq saxlaması Rusiyanın dövlət siyasətidir. Rusiya Ermənistanda hərbi potensialını gücləndirməklə həm Azərbaycanı, həm Gürcüstanı, həm də müəyyən mənada Türkiyəni bölgədə nəzarət altında saxlamaq istəyir”. Politoloqun fikrincə, bu müqavilə ilə Rusiya Türkiyəyə mesaj verir: “Ermənistanla Rusiya arasında hərbi müqavilənin daha da genişləndirilməsi, Rusiyanın ordakı potensialını daha da gücləndirməsi Türkiyəyə yönəlmiş bir mesajdır. Çünki, Türkiyə hal-hazırda regionda güclü bir dövlətə çevrilməkdədir. Bu ölkə indiyə kimi Qərbin dayaq nöqtəsi kimi qiymətləndirilirdisə, artıq nə Qərbin, nə Amerikanın dayaq nöqtəsi deyil. Artıq Türkiyə bölgədə bir gücdür və Osmanlı imperiyasının vaxtilə faktiki nəzarətində olan ərazilərdə özünün həm hərbi, həm ticarət, həm də diplomatik potensialını yaratmaqdadır. Buna görə də Rusiya Qafqazda Türkiyənin siyasətini neytrallaşdırmaq üçün Ermənistanda hərbi gücünü möhkəmləndirir”. Rusiyanın Ermənistanla bağladığı müqavilənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı pis vəziyyətdə qoya bilməsi məsələsinə münasibət bildirən  R. Nurullayev qeyd edib ki, bu müqavilə Qarabağ üçün o qədər də böyük təhlükə yaratmır: “Əgər Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında hərbi münaqişə yenidən gündəmə gələrsə və münaqişə başlayarsa, Rusiya qoşunlarının açıq şəkildə Qarabağda Ermənistana kömək göstərməsi inandırıcı görünmür. Əlbəttə ki, Rusiya Ermənistanla hərbi müqavilələr bağlayıb. Digər tərəfdən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqavilsi Təşkilatına üzvdür. Bu təşkilatın nizamnaməsinə görə də hər hansı bir üzv dövlətə qarşı hərbi təcavüz olarsa digər üzv dövlətlər ona kömək etməyə borcludular. Bu çərçivədən yanaşsaq, istənilən halda, Rusiya Ermənistana kömək edə bilər. Amma, məsələnin başqa tərəfi də var. Azərbaycanda Rusiya ilə hərbi sahədə əməkdaşlıq barədə müqaviləsi var. Azərbaycan Türkiyə arasında isə indiyədək, yəni Azərbaycan ikinci dəfə müstəqillik qazanandan bəri 148 müqavilə bağlanıb. Bu dəfə də “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi” imzalandı”.

http://www.olaylar.az/haber/razi-nurulla_.html

Related Articles

Back to top button