Articles

Bumeranq Effekti

Fransa Moammar Qaddafi diktaturasını yenəcək bir addım atıb. O Liviyanin Milli Keçid Şurasını tanıyıb. Artıq Fransa Qəddafi adlı diktator tanımır. Bunun ardınca digər ölkələrin də Liviyanın keçid hökumətini tanıması gözlənilir. Çox yaxın zamanda. Hesab edirəm ki, bu düşüünülmüş addımdır. Sadəcə birinci cəsarəti Fransa göstərdi. Qəddafi itirdiyi şəhərləri geri alır və vətəndaşlarına qarşı soyqırım həyata keçirir. NATO isə müdaxilə edə bilmir. Çünki, müdaxilə BUMERANQ EFFEKTİ yarada bilər. Xalq yadellilərin işğalına qarşı diktatorun ətrafında birləşə bilər. Tarixdə belə hallar az olmayıb. Bu insanın daxili psixologiyası ilə bağlı məsələdir və buna da hələ cavab tapılmayıb. Az olmayıb ki, qadınlar onları girov götürən terroritsə vurulub və onun könüllü əsirinə çevrilib. Bu prizmadan yanaşaraq Avropa və ABŞ gözləmə mövqeyi nümayiş etdirir. Gözlənilən BUMERANQ EFFEKTİNİ azaltmaq və neytrallaşdırmaq üçün NATO Liviyanın Milli Keçid Şurasının rəhbəri, Liviyanın istefaya getmiş keçmiş Ədliyyə Naziri Mustafa Abdul-Cəlil tərəfindən dəvət olunacaq. Senarinin bu müstəvi üzrə inkişaf etməsi gözləniləndir. Görək nə baş verəcək? Amma, bir şey aydındır: öz xalqına qarşı silah və zor işlətmiş heç bir lider və iqtidar cəzasız qala bilməz. Hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyətin mənbəyinə silah qaldıran və zor işlədən xalqa rəhbərlik edə bilməz.

Related Articles

Back to top button