Interviews

Timoşenkonun həbsi siyasi xarakter daşıyırmı? – Razi Nurullayev

Ukraynada keçmiş baş nazir Yuliya Timoşenkonun həbsindən sonra vəziyyət daha da gərginləşib. Artıq Timoşenkonun həbsinin siyasi sifariş olduğu haqda bu vaxta qədər səslənməyən fikirlər səslənməkdədir. Mövzu ilə bağlı “Deyerler.org“a şərh verən AXCP sədr müavini Razi Nurullayev də belə hesab edir ki, Ukraynanın sabiq baş nazirinin həbsi siyasi rəqibi sıradan çıxarmaq məqsədi daşıyır: “Mən belə hesab edirəm ki,  Timoşenkonun həbsi siyasi bir addımdır  və onun siyasi fəaliyyəti ilə bağlıdır. Bununla prezident Viktor Yanukoviçin fikri bundan ibarətdir ki, ölkədə real gücə malik müxalifəti sıradan çıxartsın. Çünki əgər Timoşenko seçkilərə bıraxılarsa və indidən o, bu gücə malikdirsə, gələcəkdə partiyasını gücləndirərsə, yeni tərəfdarlar toplaya bilərsə, o zaman heç şübəsiz ki, Yanukoviçi seçkilərdə məğlub edə bilər.

Beləliklə, şübhəsiz ki, Timoşenko prezident ola bilər. Burada ikinci bir məqam bundan ibarətdir ki, Yanukoviç çox ehtiyatlanır ki, Timoşenko Avropa dövlətlərinin, ABŞ-ın, Rusiyanın dəstəyini qazana bilər. Bilirsiniz ki, Timoşenkonun 2009-cu ildə Rusiya ilə bağladığı qaz sazişi ilə bağlı böyük narahatlıqlar vardır. Xatırlatmaq istərdim ki, Rusiya bundan öncə Timoşenkonun beynəlxalq məhkəməyə verilməsini və onun həbs olunmasını istəmişdi. Timoşenko siyasi vəziyyəti düzgün qiymətləndirərək və hələ o zaman seçkilərə hazırlaşırdı. O, qaz sazişinə gedərək, ölkədəki problemi aradan qadırmaq istədi və demək olar ki, ardan qadırdı. Və dolaysıyla Rusiyanın dəstəyini qazandı. Onun bu gedişi Yanukoviçin yadından çıxmayıb. Bu səbəbdən o, növbəti seçkilərə hazırlıq prosesində Timoşenkonu sıradan çıxartdı. Və digər tərəfdən də Timoşenkonun partiyasını zəiflətmək və hətta bağlama söhbətləri gündəmə gəlib. Əgər Timoşenkonun gücü qalarsa, təzyiqlər nəticəsində onun Ukraynada nüfuzu güclənərsə, seçkilərdə yenidən imkan yaranarsa, o zaman ola bilsin ki, Yanukoviçin tərəfdarları onun siyasi fəaliyyətininin qadağa qoyulma məsələsini gündəmə gətirsin.

Mən hesab ediəm ki, kifayət qədər Ukraynada problemlər vardır. Və bu səbəbdən Yanikviçin ikinci dəfə seçilməsi gözlənilmir. Digər bir tərəfdən Rusiyanın da ciddi maraqları vardır. Çünki Rusiya Yanukoviçdən istədiyini ala bilmədi. Və buna görə Rusiya Yanukoviç nəzər yetirmir. Mən hesab edirəm ki, Timoşenkonu uzun müddət həbsdə saxlamaq mümkün olmayacaq. Çünki həm Avropa Birliyi dövlətlərindən, həm ABŞ-ın məsələ ilə bağlı narahatlıqlarını izhar edirlər. Və Timoşenkoda məğlub olan və geri çəkilən xanımlardan deyil. Siyasi partiyalarda da vəziyyət kəskinləşə bilər. Və bu məsələlərdən sonra Timoşenkonun həbsdən azad olunması gerçəkləşsin”.

/Deyerler.org/

Related Articles

Back to top button