Interviews

Həmsədrlərin Ermənistana təzyiqi olmadan hazırlanan prinsiplər münaqişənin həllinə kömək etməyəcək

“İstər bundan sonra da 6 yox, bir, iki, üç, dörd prinsip hazırlansın və tərəflərə təqdim olunsun. İstənilən halda həmsədrlər münaqişəsinin sülh yolu ilə həll olunmasına heç bir rəvac verə bilməyəcəklər. Çünki müharibənin tərəfləri Ermənistan və Azərbaycandır”. Bunu oxucu.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayev dedi. O, əlavə etdi ki, burada bu dövlətlərdə siyasi qərar olmalıdır. “Azərbaycan tərəfinin siyasi qərarı var. Rəsmi Bakı haqlı olaraq beynəlxalq prinsipləri əsas tutur. Bu prinsiplər də Azərbaycanın ərazi bütövlüyünün təminatı, onun toxunulmazlığı, BMT-nin qəbul edilmiş məlum 4 qətnaməsidir, ATƏT və Avropa Şurası çərçivəsində qəbul olunan sənədlərdir. Ermənistan isə münaqişənin həllinin uzadılmasında maraqlıdır. Çünki Ermənistanın itirə biləcəyi bir şey yoxdur. Bu baxımdan həmsədr dövlətlərin prezidentləri Ermənistana hər hansı bir siyasi təzyiq göstərə bilməyəcəksə, o zaman bu prinsiplərin də münaqişənin həllində irəliləyişə səbəb olacağına inanmıram. ABŞ-ın, Fransanın və xüsusi ilə də Rusiyanın təzyiqi olmadan bu məsələ həll oluna bilməz”.


Related Articles

Back to top button