Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəticəsiz bitəcək
18.01.2012. Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyanın yanvarın 23-də Soçidə Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə görüşəcəklər. Bu görüşdən müsbət nə isə gözləmək mümkün deyil.
1-cisi hər iki prezident arasında şəxsi zəmində münaqişə baş verib. Ilk öncə onların barışması lazımdır ki, danışıqları davam etdirə bilsinlər. Barışığın özünün kifayət qədər vaxt aparması məndə şübhə doğurmur. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı inam yoxdur. Hətta üç kişi arasında baş verən və gizli qalması planlaşdırılan söhbətlərr belə kənara çıxır. Buna görə də hər kəs ürəyindəkini axıra kimi deməyəcək. Nəticədə, kartlar açılmamış qalacaq.
2-cisi hər iki prezidentin Rusiya prezidenti Dmitri Medvedevə inamı yoxdur. Yadımızdadır ki, bundan öncəki görüşlərin ikisindən məlumatı sızdıran elə Rusiya prezidentinin özü olub. Həm də, elə məlumatları sızdırıb ki, bu həm Azərbaycan, həm də Ermənistan prezedintlərinin nüfuzuna ciddi xələl gətirib. Rusiya prezidenti demişdi ki, mən hər iki prezidentə 2008-ci ilin avqust hadislərindən dərs almağı tövsiyyə etmişdim və onlar da razılaşdıqlarını bildirmişdilər. Sonuncu dəfə Rusiya prezidentinin sızdırdığı “utka” iki prezident arasında az qala baş verəcək yumruq davası idi. Məgər belə bir sızdırma və şantajdan sonra prezidentlər açıq və ürəkli danışa bilərmi? Yox! Hər iki prezident, sanki mətbuat önündə, və hətta ən xatalısı, öz xalqı qarşısında çıxış edirmiş kimi davaranacaqlar. Kim zəmanət verir ki, sabah danışıqların video və ya audio yazısı açıqlanmayacaq?
3-cüsü tərəflər arasında ən vacib məsələ – Dağlıq Qarabağın statusu – ilə bağlı yekdil rəy yoxdur. Hətta, antoqonist rəy ən güclü formadadır. Ermənistan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasında israrlıdır və bir addım olsun belə geri çəkilmək fikrində olmadığını vurğulamaqdadır. Azərbaycan prezidenti də bir qarış torpağın Ermənistana verilməyəcəyini və Dağlıq Qarabağın heç vaxt müstəqil ola bilməyəcəyini söyləyir. Belə bir şəraitdə danışıqlardan müsbət nəticə gözləmək olarmı?
Əlbəttə, Yox!