Hələ tarix isti peçin qırağında mürəbbəli çay içib pişik kimi xumarlanan “milli qəhrəmanlara” fürsət tanımayıb

Posted by on 3 January, 2013
This post was filed in Köşə and has no comments yet
0

elchibeyÜlvi İsmayıl kultura.az saytında “Milli” Elçibəyçilik haqqında bir neçə söz” adlı məqalə yazıb və Emin Millinin Elçibəy haqqında yazdığı hədyanlara münasibətini sərgiləyib. Yazı, doğrusu məni tutdu və düşündüm ki, heç kim düşündüklərini gizlətməməlidir. Elə ona görə də mən də yazdım:

 Açığı Azərbaycanda gənclər arasında (əslində, çoxunun gənclik dövrünün fatihəsi lap çoxdan verilib) özünü şişirdən və özünü millətin xilaskarı görən çox özündən müştəbeh var. Biri ingilis dilini və başqa xarici dilləri bildiyinə görə, biri çox oxuduğuna görə, biri bir az həbsdə yatdığına görə, biri xaricdə oxuyub bir-iki dünyəvi şey öyrəndiyinə görə, biriləri Biləcəridən o yana getdiklərinə görə, biriləri 3-4 qəpiklik cızma-qara etdiklərinə görə, biriləri yazılarında söyüş və hədyan yazdıqlarına və bununla da sanki Avropalı olduqlarına görə (yazıq Avropa və Qərb, axı sizlərdə olan ailə ənənəsi, qohumluq bağlılıqları, bəzən radikal konservatizmə meyllilik, düzlük, təvözəkarlıq heç yerdə yoxdur. Böyük İslam mütəffəkiri Cəmaləddin Əfqani demişkən “Avropada İslam gördüm, müsəlman görmədim, Şərqdə müsəlman gördüm, islam görmədim” deməsi nə qədər günümüzün reallığını əks etdirir), birləri isə hər şeyi inkar etdiklərinə görə şişirlər.

Ülvi İsmayılın bu yazıdakı baxışı məni sevindirdi. Hərçənd, onun özünün də bir sıra insanların şişməsində rolu az olmayıb. Onlara USAİD-in də bu və ya digər şəkildə dəstəyini ifadə edib. Həmişə tərəfdarı olmuşam ki, adını xatırlamadığım bir siyasətçinin dediyi kimi “şişən adamlar problem yaradır. Onları öz təbii tutumuna qaytarmaq lazımdır ki, problem çözülsün”.

Bu gün mübarizə aparanlar, məhrumiyyətlər yaşayanlar, polislə üz-üzə gələnlər, kirədə yaşayaraq mübarizə aparanlar, gizli və qaranlıq tərəfləri olmayanlar göz önündədir. Heç kim özündən qəhrəman yapmaq, kiməsə nəzəri biliklərini sübut etməkdə bulunmasın.

Meydan da bəllidir, meydanın qəhrəmanları da. Hələ tarix, yumşaq kresloda oturan, bahalı telefonda statuslar yazan, isti peçin qırağında mürəbbəli çay içib pişik kimi xumarlanan “milli qəhrəmanlara” fürsət tanımayıb.

 Sonunda isə, Ülvi İsmayıla dəstəyimi ifadə edirəm. Onun bu yazıdakı baxışlarına dəstək verirəm. Emin Millini şəxsən tanımıram və tanımağa da heç zaman cəhd etməmişəm. Yaxşı ki etməmişəm.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment