ArticlesCorner articlesStatements

Müharibənin başlaması bizdən asılı faktor deyil

Razi Nurullayev, Chairman at "REGION" International Analytical Center (RIAC)
Razi Nurullayev,
Chairman at “REGION” International Analytical Center (RIAC)

18 dekabr 2014

ABŞ-ın beynəlxalq əlaqələr Şurası gələn il üçün baş verəcək müharibələrin proqnozunu verib. “Global Conflict Tracker” proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır.
Sorğunun nəticələrinə görə, 2015-ci ildə Qarabağ müharibəsi başlayacaq.

Bunu oxuyandan sonra məndə belə bir təsəvvür yaranır ki, beyin mərkəzləri ağıllarına nə gəlir onu yazırlar.

Bu hesabatın Azərbaycanla bağlı hissəsi nəyə görə tam yanlışdır:

1) 2015-ci ildə Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək və Azərbaycan hakimiyyəti müharibənin başlamasında maraqlı ola bilməz. Ermənistan isə, zatən müharibədə maraqlı deyil və status-kvonun saxlanması üçün özünü lezvalayır. Növbəti 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası və Kuboku keçiriləcək. 2017-ci ildə İslam Ölkələrinin Həmrəylik oyunu və s. Digər tərəfdən, indiki müharibələrin taleyini əvvəldən müəyyən etmək mümkün deyil.

2) Rusiya faktorunu unutmaq olmaz. Bu ölkə Dağlıq-Qarabağda müharibənin başlanmasına və Azərbaycanın da uduzmasına onda çalışa bilər ki, Azərbaycan Rusiya maraqlarını nəzərə almaqdan tamam imtina etsin. Azərbaycan hakimiyyəti bunu etməz. Əksinə, Putinlə yaxınlaşmaq üçün strateji addımlar atıblar və üstəlik də Avropa Birliyi ilə “gizlənpaç” oyanyırlar. Türkiyə də müharibənin başlanmasınd amaraqlı deyil və çətin ki, belə olan halda Azərbaycanı cani-dildən müdafiə edə bilsin. Türkiyə müharibə istəmir.

3) ABŞ və Avropa Birliyi müharibənin olmaması üçün bütün resurslarını işə salırlar. Müharibənin başlanması Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə ziddir. Müharibə olarsa, bu layihələr də yoxdur. Əslində, bu Azərbaycana daha çox lazımdır. Çünki, Azərbaycan Avropa Birliyinin enerji təhülkəsizliyinin təminatında cüzi rol alır və alacaq. Azərbaycanın Avropa Birliyinə satdığı enerji məhsulları sonuncunun illik dövriyyəsinin 0.5 %-dən də xeyli azdır.

 

Related Articles

Back to top button